Tarix : 2008 Jun 20
Kod 5361

İRAN İRAQLI QRUPLARI HİMAYƏ ÜZRƏ İTTİHAMI TƏKZİB EDİB

Yalnız İraqda işğalçı qüvvələrin iştiraklarını əsaslandırmaq məqsədi ilə həyata keçirilən qeyd edilən hərəkətlər heç vaxt İranla İraq dövləti və xalqı arasında möhkəm əlaqələri zəiflədə bilməz
Iran Servisi/Aran Agentliyi

İran xarici işlər nazirliyi rəsmi rəsmi Tehranın bəzi İraqlı qrupları himayə iddiasını təkzib edib.
İİR-in XİN-nin rəsmi nümayəndəsi Seyyid Məhəmmdəli Hüseyni Bağdaddakı terrorçu əməliyyatı pisləyərək Amerika medialarının İranın İraqın xüsusi qruplarını himayə iddiası üzrə puç xəbərlər barədə bildiribdir ki, bu cür ssenarilər İraqdakı amerikalı işğalçıların təhlükəsizlik orqanlarının uydurduqları məsələlərdir ki, tam şəkildə əsassız və qərəzlidir və rəsmi Tehran onları pisləyir.
Hüseyni qeyd edilən ssenarilərdən məqsədi İİR-in demokratik proseslər və İraq dövləti və xalqını himayədəki aparıcı rolunu kobud göstərmək bilərək əlavə edib: Terrorçu qruplaşmaları açıq -aşkar şəkildə himayə edib, istiqamətləndirən Amerikanlar yalançı uydurmalar və ittihamlarla İranın bütün iraqlı qruplarla mətanətli əlaqələrini problemlərlə üzləşdirmək istəyirlər.
İranın XİN-nin rəsmi nümayəndəsi qeyd edilən əsassız xəbərlərin başqa əlaməti bilərək vurğulayıb: Yalnız İraqda işğalçı qüvvələrin iştiraklarını əsaslandırmaq məqsədi ilə həyata keçirilən qeyd edilən hərəkətlər heç vaxt İranla İraq dövləti və xalqı arasında möhkəm əlaqələri zəiflədə bilməz.

  • Yazılıb
  • da (də) 2008 Jun 20