Tarix : 2017 Dec 03
Kod 53610

Şeyx Tohid İbrahimbəyli Zəncanda Nardaran şəhidlərinə həsr edilmiş anım mərasimində: Nardaran Qafqazda sionizm və Amerika ilə mübarizə simvolu və müqavimət bayrağı idi

Zəncan şəhərinin “Şəhidlər” hüseyniyyəsində Nardaran şəhidlərinin ikinci ildönümünə həsr edilmiş beynəlxalq anım mərasimində çıxış edən Şeyx Tohid İbrahimbəyli deyib: “Nardaran Qafqazda sionizm və Amerika ilə mübarizə simvolu və müqavimət bayrağı idi”.
AranNews - Zəncan şəhərinin Şəhdilər Xiyabanında “Şəhidlər” hüseyniyyəsində Nardaran şəhidlərinin ikinci ildönümünə həsr edilmiş beynəlxalq anım mərasimində çıxış edən Qafqaz və Azərbaycan Respublikası məsələləri üzrə mütəxəssis Şeyx Tohid İbrahimbəyli müsəlmanların tarix boyu düşmənlərin hücumuna məruz qalmasına toxunaraq deyib: “Müsəlmanlar dini bəşəriyyətin konstitusiyası bilir və onu gələcək nəsillərə ötürməyə təlaş edir”.
124 min peyğəmbərin Allah tərəfindən dini qorumuaq və onu kamilləşdirmək üçün gəldiyini bəyan edən mütəxəssis deyib: “Peyğəmbərlərdən sonra da məsum imamlar (ə) dini öz canları və qanları bahasına qorudular. Din yolunda fədakarlığın simvolu İmam Hüseyn (ə) sayılır”.
Höccətül-islam Şeyx Tohid İbrahimbəyli çıxışının davamında vurğulayıb: “Dünyada hər kəs İmam Hüseyn (ə) məktəbinin davamçısı olubsa və bu məktəbi diri saxlamağa təlaş edibsə, düşmənin hücumuna məruz qalıb”.
Düşmənin müqavimətsiz dindən qorxusu olmadığını vurğulayan İbrahimbəyli deyib: “Düşmən bizim bəsirətimizdən, qəlbimizin oyaq olmasından, ayıq-sayıqlığımızdan, fədarkarlığımızdan, aşurasayağı məktəbimizdən və düşməni tanımağımızdan çox qorxur. İmam Hüseynin (ə) məclisini diri saxlamaq, həqiqi İslamı və sekular olmayan İslamı diri saxlamaqdır”.
Höccətül-islam İbrahimbəyli çıxışının davamında qanlı Nardaran hadisəsinə işarə edərək, 10 min nəfərlik bir kəndin Azərbaycanın hakimiyyəti tərəfindən və sionistlərin çirkin planları ilə hücuma məruz qalmasına, 4 nəfərin şəhid olması və çoxlu insanın həbs edilməsinə, hətta şəhidlərin yaxınlarına onların məzarlarının ziyarət etməyə icazə verilməməsinə toxunaraq, bunun səbəblərini açıqlayaraq deyib: “Nardaran Qafqazda sionizm və Amerika ilə mübarizə simvolu və müqavimət bayrağı idi”. 
Şeyx Tohid çıxışının ardında Azərbaycan hakimiyyətinin sionistlərin istiqamətləndirməsi və dəstəyi ilə bu ölkədə anti-din hərəkətlərindən danışaraq deyib: “Azərbaycan Respublikası müstəqillik əldə etdiyi ilk illərdən müxtəlif çirkin planlar həyata keçməyə başladı. Onlar əvvəl Qarabağ müharibəsini yaratdılar və bu səbəbdən müsəlman Azərbaycan ölkəsinin torpaqlarının 20 faizi ermənilər tərəfindən işğal edildi.
Azərbaycan ölkəsi İranla qonşu və böyük neft-qaz mənbələrinə malik olduğundan sionist rejim bu ölkəni öz caynağına keçirdi, şiə-sünni müharibəsi yaratmaq məqsədilə vəhabiliyin təbliğini həyata keçirməyə başladı”.
Nardaranın kiçik bir yer olmasına baxmayaraq sionist rejim üçün böyük problemlər yaratmasına işarə edən ruhani deyib: “Sionist rejim islami təzahürləri Azərbaycan ölkəsindən yığışdırmağa təlaş edir və bu ölkəni əxlaqdan kənar turist ölkəsinə çevirməyə çalışır”.
Şeyx Tohid məscidləri dağıtmağı Azərbaycan hökumətinin digər bir anti-din addımı adlandıraraq deyib: “Onlar iki məscidi dağıtdılar və “Həzrət Zəhra (ə”) məscidini də dağıtmaq istəyirdilər. Lakin islamçıların müqaviməti ilə qarşılaşdılar. Xalqın müqavimətini görən hökumət təslim oldu və öz çirkin niyyətindən əl çəkdi.
Onların sonrakı anti-din hərəkəti hicabın təhsil mərkəzlərində rəsmi şəkildə qadağan edilməsi idi. Bu vaxt xalq tərəfindən müxtəlif yollarla etirazlar qalxdı. Hicabın qorunması yolunda bir çox dindarlar, o cümlədən doktor Hacı Mövsüm Səmədov və Hacı Abgül Süleymanov zindana düşdü. Hicabın bu günə qədər qorunub saxlanması da müqavimətə görədir”.
Xatırladaq ki, 26 noyabr 2015-ci ildə Ərbəin günləri ərəfəsində Azərbaycan Respublikası xüsusi polis qüvvələri Nardaranda hüseyniyyədə əzadarlıqla məşğul olan bir qrup dindara hücum etmişdir, nəticədə 4 nəfər şiə şəhid olmuş, onlarla insan yaralanmışdır. Bu hadisədə bir çox ruhanilərə, o cümlədən Müsəlman Birliyi Hərəkatının sədri höccətül-islam Hacı Tale Bağırova qarşı əsassız ittihamlar irəli sürülərək həbs edilmiş, saxta məhkəmələrdən sonra onlar uzun müddətli həbsə məhkum olunmuşlar.


  • Yazılıb
  • da (də) 2017 Dec 03
  • Göndərən مدير سايت Aran News