Tarix : 2017 Dec 03
Kod 53612

Əgər ABŞ Tel-Əvivdəki səfirliyini Qüdsə köçürərsə... – HƏMAS

ABŞ Tel-Əvivdəki səfirliyini Qüdsə köçürərsə, nəticəsi yaxşı olmayacaq. Biz bu qərarın nəticəsi haqqında xəbərdarlıq edirik. Belə qərar ABŞ-ın Qüdsə hücum etməsi anlamına gəlir.
Arannews:nur-az.com:Bu sözlər HƏMAS-ın yaydığı bəyanatda əksini tapıb. Bəyanatda qərarın işğalçı İsrailin Qüdsü yəhudiləşdirmə və fələstinliləri oradan çıxartmaq üçün gördüyü işlərdə örtük rolu oynayacağı, həmçinin, Qüdsü “işğal altında olan torpaq” kimi tanıdan beynəlxalq qanunlara zidd olacağı qeyd edilib.
HƏMAS ərəb və islam ölkələrindən bu qərara etiraz etmələrini istəyib.
Qeyd edək ki, Tramp Qüdsü İsrailin paytaxtı kimi tanımağa, daha sonra isə ABŞ səfirliyini buraya köçürməyə hazırlaşır.

  • Yazılıb
  • da (də) 2017 Dec 03
  • Göndərən مدير سايت Aran News