AranNews - Nardaran şəhidlərinin ikinci ildönümünə həsr edilmiş beynəlxalq anım mərasimi cümə axşamı Zəncanın imam cüməsi, ruhaniləri və əhalisinin, dünyanın müxtəlif ölkələrindən, o cümlədən Azərbaycan, Fransa, İngiltərə, Livan, Yəmən, İraq, Nigeriya və İndoneziyadan gəlmiş qonaqların iştirakı ilə Zəncan şəhərinin “Şəhidlər” hüseyniyyəsində xüsusi möhtəşəmliklə keçirildi.
Mərasimin əvvəlində Aşura ziyarəti oxundu və Qurani-məciddən bir neçə ayə tilavət olundu. Sonra Nardaran əhalisinin əzəmətli əzadarlığını, habelə qanlı Nardaran hadisəsindən sonra baş verənləri əks etdirən hüznlü və təsirli klip nümayiş etdirildi.
Proqramın davamında Bicarın əhli-sünnə imam cüməsi Mamusta Abdussalam Məhəmmədi çıxış edərək 2015-ci ildə Azərbaycan Respublikasının Nardaran kəndində baş verən qanlı hadisəyə, İmam Hüseyn (ə) Ərbəini ərəfəsində baş vermiş bu hadisədə 4 nəfər şiənin şəhid olmasına işarə edərək dedi: “Nardaran şəhidləri İmam Hüseyn (ə) Ərbəini günlərində imperializm qüvvələri tərəfindən şəhid olunub”.
Mərasimin sonrakı natiqi Qafqaz və Azərbaycan Respublikası məsələləri üzrə mütəxəssis Şeyx Tohid İbrahimbəyli idi. O, qanlı Nardaran hadisəsinə işarə edərək, 10 min nəfərlik bir kəndin Azərbaycanın hakimiyyəti tərəfindən və sionistlərin çirkin planları ilə hücuma məruz qalması, 4 nəfərin şəhid olması və çoxlu insanın həbs edilməsi, hətta şəhidlərin yaxınlarına onların məzarlarının ziyarət etməyə icazə verilməməsinin səbəblərini açıqlayaraq dedi: “Nardaran Qafqazda sionizm və Amerika ilə mübarizə simvolu və müqavimət bayrağı idi”.
Mərasimin davamında tanınmış məddahlar Mehdi Rəsuli, Mehdi Əbdi və İbrahimi növhələr oxudular.
Mehdi Rəsuli “Azərbaycana Salam” olsun növhəsi ilə məclisi daha da zinətləndirib və iştirakçılar tərəfindən yüksək qarşılandı.
Mərasimin sonunda Qarabağ və Nardaran şəhidlərinin ruhlarına fatihələr oxundu.
Xatırladaq ki, 26 noyabr 2015-ci ildə Ərbəin günləri ərəfəsində Azərbaycan Respublikası xüsusi polis qüvvələri Nardaranda hüseyniyyədə əzadarlıqla məşğul olan bir qrup dindara hücum etmişdir, nəticədə 4 nəfər şiə şəhid olmuş, onlarla insan yaralanmışdır. Bu hadisədə bir çox ruhanilərə, o cümlədən Müsəlman Birliyi Hərəkatının sədri höccətül-islam Hacı Tale Bağırova qarşı əsassız ittihamlar irəli sürülərək həbs edilmiş, saxta məhkəmələrdən sonra onlar uzun müddətli həbsə məhkum olunmuşlar.