Hal-hazırda İslam düşmənləri arasında əməkdaşlığın aşkara çıxmasının və güclənməsinin şahidiyik. Bu əməkdaşlığı haqq olaraq “nəhs üçbucaq” adlandırmaq olar. Sözügedən üçbucaq ABŞ, İsrail və Ərəbistandır. İslam və müsəlmanlara qarşı bütün düşmənliklər bu üç ox ətrafında fırlanır.
Arannews-İmperializm tarixi 15-16-cı əsrlərdən sonra qərb ölkələrinin müsəlmanlar əleyhinə zülm və cinayətləri ilə doludur. Halbuki, bir zamanlar bu müsəlmanların mədəniyyət sədası bütün dünyanın qulağına çatmışdı. Qərbdə məkr və hiylənin odlu silahı onun sakinlərinin rəhimsiz əli ilə birləşdikdən və müsəlmanların canına bir bəlaya çevrildiyi vaxta qədər. O vaxtdan bəri İslam dünyası daim öz aralarında dava-dalaş və fəsadla gününü keçirən qərb hökumətlərinin hücum yerinə çevrildi.
İstismarçı qərb dövlətləri əvvəl İslam dünyasının əsas hissələrini işğal etdilər və birbaşa olaraq onların sərvətlərini qarət, özlərini də qətliam etməyə başladılar. Bir müddət sonra özlərinin birbaşa iştirakına son qoydular, məqsədlərni yəni həmin qarət və qətliamları bu ərazilərin xain və ləyaqətsiz hakimlərinin əli ilə icra etməyə başladılar. Bu oyuncaq başçılar İslamın müxtəlif yerlərində hakimiyyəti ələ aldılar və qərb dövlətərinə xidmətlərini daha geniş səviyyədə davam etdirdilər. Bu xidməti qərbin təkcə onların hakimiyyətini qoruması qarşısında göstərirdilər. Bu üzdən İslam ölkələri təkcə qərbin rəhimsiz dövlətlərinin deyil, özünün fasid rəhbərlərinin də bəlalarına düçür oldu.
20-ci əsrdə xalqların özü tərəfindən talelərinin təyin edilməsi uğrunda atdığı addımlar və insan hüquqlarına diqqətdən sonra 21 əsrin əvvəllərində zülmkar, imperialist, istismarçı və qeyri-demokratik hökumətlərin aradan qalxacağı gözlənilirdi. Bu hadisə daha çox İslam ölkələrində baş tutmalı idi. Amma qərb ölkələrinin istismarçı hökumətləri dəstəkləməsi üzündən bu hadisə baş vermədi. Çünki İslam məmləkətlərində ölkə başçılığına gətirilmiş oyuncaq rəhbərlər qərbin marağını təmin edir, qərb onların əli ilə qarətini davam etdirirdi.
Son bir neçə onillikdə beynəlxalq durum və dəyişikliklərin gedişi elə oldu ki, İslam və müsəlmanların düşmənləri öz maskalarını çıxarmağa, nisbi gizlinlərini aşkar etməyə məcbur qaldılar, öz cinayət və düşmənçilik siyasətlərini tamamilə açıq şəkildə izləməyə başladılar. Medianın geniş fəaliyyəti və xalqları xəbərdar etməsi onları öz maskalarından çıxmağa məcbur etdi. İslam və müsəlmanların düşmənləri öz hərəkətlərini aşkar etməkdən əlavə, öz haqlarını tələb edən oyanmış müsəlmanlara qarşı bir-birləri ilə əməkdaşlıq etməyə, koalisiyalar yaratmağa başladılar.
Bu arada onların üç ox ətrafında əməkdaşlığının aşkar olmasını və getdikcə güclənməsini görürük. Bu oxları “nəhs üçbucaq” adlandırmaq daha düzgün olar. Onlar ABŞ, İsrail və Ərəbistandır. Hal-hazırda müsəlmanlara qarşı bütün düşmənçiliklər bu üçbucaq çərçivəsindədir. Əsası Məhəmməd bin Əbdülvəhhab vasitəsilə əsası qoyulmuş başdan-başa fitnə olan Ali-Səud krallığı Böyük Britaniyanın istismarçılıq layihəsindən yaranmış bir rejimdir. Ona görə də həmişə İngiltərənin hakimiyyətinə tabedir və ona xidmət edir.
Müsəlmanlar bu acınacaqlı vəziyyətdən çıxmaq istəsələr, ilk öncə bu məkirli və çirkin üçbucağın vəziyyətini aydınlaşdırmalıdır. Hər şeydən öncə Ali-Səudun şərindən xilas olmalıdırlar. Qətiyyətlə demək olar ki, heç bir sülalə və ya qrup onlar qədər İslam və müsəlmanlara xəyanət etməyib. İş o yerə çatıb ki, bu rejim hətta İsraillə də öz dostluğunu aşkara çıxarıb, uca səslə və böyük addımlarla sionist rejimi ilə münasibətləri normallaşdırmağa doğru gedir. Bu münasibət və əməkdaşlıqlar İslam və müsəlmanların xeyrinədirmi? Ali-Səud rejimi Böyük Britaniyanın göstərişi ilə bu günə kimi vəhabi azğın məfkurəsini İslam aləmində təbliğ etmişdir ki, lazım olan vaxt bu xəbis ağacın acı meyvələrini yığa bilsin və bu işdə öz məqsədinə çatdı. Təkfirçi terrorizmi və İŞİD bəlası həmin lənətlənmiş ağacın meyvəsi idi. Bu acı meyvəni həmin nəhs üçbucaq dərərək İslam aləminin boğazına tökdü. Şahidi olduğumuz kimi qərb və Ali-Səudun yaratdığı terrorizim və İŞİD müsəlmanların canını, malını və namusunu hədəfə aldı, bir güllə də olsun belə ABŞ-a, Ali-Səuda və İsrailə tərəf atmadı. Bununla bağlı müsəlmanların əqli, şəri və vicdani vəzifəsini görməmək olmaz. Müsəlmanların qəflətdə qalması və səhlənkarlığı şər və fitnə sülaləsi olan Ali-Səudun onlara qarşı belə zülmlər etməsinə imkan yaratmışdır. İndi də bu qədər açıq-aşkar şəkildə müsəlmanlara qarşı and içmiş düşmənə əl uzadır və İslama qılınc endirir. Görəsən, yenə də şübhəyə yer qalırmı? Bundan qeyri surətdə haqq-hesab gününü gözləməliyik ki, Allah Özü bizim etdiklərimiz, etmədiklərimiz, sükutumuz, şahidi olub göz yumduqlarımız və düşünmədiyiniz şeylər barədə hökm versin. Allahın hökmlərinin hörmətini qorumamışıq ki, zülmdən yaxa qurtaraq və bir gün azadcasına yaşaya bilək.