Tarix : 2017 Dec 04
Kod 53622

Fələstin rəhbəri Haniyyə ilə Qüdsü müzakirə edib

Fələstin dövlət başçısı Mahmud Abbas ilə Həmas rəhbəri İsmayıl Haniyyə ABŞ-ın Qüdsə qarşı niyyətləri, bunun əks təsiri və risklərinə dair məsələləri müzakirə ediblər.
Arannews-FaktXəbər-in məlumatına görə, Həmas-dan verilən açıqlamada bildirilir ki, müzakirə telefonla aparılıb.
Həmçinin baxın
Ərəb Birliyi sabah Qüds üçün toplanacaq
Abbas və Haniyyə telefon danışığında ABŞ-ın Qüdsə qarşı fikirlərinin ciddiliyi və bundan yarana biləcək əks təsirləri ciddi şəkildə müzakirə edib.
Bu çətinliklərlə mübarizədə Fələstin cəbhəsinin gücləndirilməsi və konsensus prosesinin davam etməsi lazım olduğu vurğulanan danışıqda tərəflər, razılaşmada sürətli irəliləyişin və milli birliyin təmin edilməsi, Qüds və milli məsələlərin mübarizəsində media işlərinin birlik olması, hər cür regiondaxili gərginlik və media mübahisəsinə son qoyulmasının lazım olduğunu qeyd edib.
Haniyyə ABŞ-ın Qüdsə dair meyllərini çox riskli hərəkət kimi dəyərləndirərək, Fələstinli qrupların bu cür çətinliklərlə birlik və bərabərlik içində mübarizə aparması lazım olduğunu vurğulayıb.
Abbas isə ABŞ-ın bu istiqamətdəki meyllərinin riskli olduğunu təsdiq edərək, ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı olaraq tanıması halında çox mühüm qərarlar verəcəyini bildirib.

  • Yazılıb
  • da (də) 2017 Dec 04
  • Göndərən مدير سايت Aran News