Tarix : 2017 Dec 04
Kod 53623

Hacı Məmmədovun vəkili son görüşdən danışdı

Adam oğurluğu, çoxsaylı qətllər və digər ağır cinayətlər törədən mütəşəkkil cinayətkar dəstənin başçısı kimi ömürlük azadlıqdan məhrum edilmiş, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov intihar edib. Onun ağciyər xərçəngi olduğu, əvvəllər də intihara cəhd etdiyi bildirilir.
Arannews:faktxeber-istinadən xəbər: məlumata görə, H. Məmmədov müalicə olunduğu Ədliyyə Nazirliyinin İxtisaslaşdırılmış Müalicə müəssisəsində özünü asıb. Onun meyiti müalicə müəssisəsində asılmış vəziyyətdə tapılıb.
H.Məmmədovun hüquqlarını müdafiə edən vəkili Afət Qazıyeva onun intihar etməsilə bağlı Modern.az-a açıqlama verib.
Vəkil hazırda başlanmış cinayət işi üzrə araşdırma aparıldığını deyib:
“Fakt odur ki, Hacı Məmmədov intihar edib. Onun buna vadar edilməsi, yaxud kim tərəfindənsə öldürülməsilə bağlı nə isə demək düzgün deyil, çünki hər şey istintaqın gedişində məlum olacaq. İndi bizə məlum olan onun intihar etməsidir”.
A.Qazıyeva H.Məmmədovun ailə üzvlərinin hadisədən sarsıldığını bildirib:
“Araşdırmaların nəticəsini gözləyirik. Günün sonunda meyitin ailə üzvlərinə nə vaxt veriləcəyi müəyyənləşəcək”.
Vəkil müvəkkilinin xərçəng xəstəsi olduğuna görə, əvvəllər də intihara cəhd etməsi fak
“Xəstə idi. Əvvəllər saxlanıldığı yerdə intihara cəhd etmişdi. Amma sonuncu görüşlərimiz zamanı intiharla bağlı fikirlər səsləndirməyib”.
H.Məmmədov 2016-cı il aprelin 25-də səhhətindəki problemlə bağlı Penitensiar Xidmətin Binə qəsəbəsindəki İxtisaslaşdırılmış Müalicə müəssisəsinə köçürülüb. Ona ağciyər xəstəliyi ilə bağlı diaqnoz qoyulub.
Xatırladaq ki, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili, polkovnik-leytenant H.Məmmədov 2005-ci il martın 10-da artıq ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi "Qara kəmər" əməliyyatı nəticəsində mütəşəkkil dəstə üzvləri ilə birlikdə həbs edilib.
H.Məmmədov həmin il fevralın 10-da Beynəlxalq Bankın İdarə heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanı oğurlayandan sonra Milli Təhlükəsizlik Nazirliyi mütəşəkkil dəstənin üzvlərinin izinə düşərək bir ay sonra onları zərərsizləşdirib.
2006-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H.Məmmədov və dəstənin üzvü kimi təqsirləndirilən, həmin vaxt Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsində çalışan general Zakir Nəsirov və bir neçə dəstə üzvü ömürlük azadlıqdan məhrum edilib. Z. Nəsirovun cəzası bu ilin mart ayında 15 illik cəza ilə əvəz edilib və cəzasının çəkilməmiş hissəsi bağışlanaraq azadlığa buraxılıb
  • Yazılıb
  • da (də) 2017 Dec 04
  • Göndərən مدير سايت Aran News