Bu gün rəbiul-əvvəl ayının 16 müsəlmanların ilk dəfə cümə namazı qıldığı günür.
Arannews-İslaminSesi.info- Bu gün rəbiul-əvvəl ayının 16 müsəlmanların ilk dəfə cümə namazı qıldığı günür. Cümə namazı şəri baxımdan müstəhəbb olan namazlardandır. Həm də çox tövsiyə olunmuş müstəhəblərdən. Bu namaz şəri fəzilətdən başqa ictimai, siyası əhəmiyyətə də malikdir. Adından göründüyü kimi bu gün cəm olma günüdür. Həftədə bir dəfə bir araya cəm olan möminlər bu əsnada həm dini məsələləri, həm də fərdlərin və cəmiyyətin iqtisadi, siyasi, hərbi məsələlərini müzakirə edirlər. İlk cüm namazının qılınma tarixcəsi hədislərə əsasən Peyğəmbərin (s) hicrəti zamanı baş tutub. Məkkədən Mədinəyə doğru hicrət edən Peyğəmbər (s) Mədinəyə 6 km. qalmış Quba məntəqəsində bir neçə gün qalmalı olur. Həzrət (s) burada qaldığı müddətdə hətta müsəlmanlara məxsus ilk məscidin əsasını qoyur və burada namaz da qılırlar.
Tarixə əsasən 4 gün Quba məntəqəsində qalan Peyğəmbər (s) Mədinəyə tərəf yola düşür və həmin məntəqənin “Bəni-Salim” məhəlləsinə yetişirlər. Muhacirlər rəbiul-əvvəl ayının 16-sı Peyğəmbərin (s) imamlığı ilə bu məhəllədə ilk dəfə cümə namazı qılırlar. Həmçinin Allah Rəsulu (s) ilk dəfə burada cümə xütbəsin oxuyur.
O zamandan cümə günü İslam aləmində xüsusi yerə sahib olur. Hətta Qurani Kərimdə “Cümə” adlı surə nazil olub. Cümə gününün əhəmiyyətinə və şəri mövqeyinə işarə olaraq Cümə surəsində buyurulur:
“Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!” (Cümə-9).
Həmçinin cümə gününün fəziləti, bu günün qüslu, zikirləri və müxtəlif xüsusi əməlləri vardır ki, dua kitablarında geniş şəkildə qeyd olunmuşdur.