İordaniyadan ABŞ-a Qüdsü İsrail rejiminin paytaxtı kimi tanıyacağı təqdirdə, bu addımın ciddi nəticələrə səbəb olacağı barədə xəbərdarlığı edib.
Arannews-Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, İordaniyanın Petra rəsmi xəbər agentliyi İordaniyanın xarici işlər naziri Əymən Səfadi amerikalı həmkarı Reks Tillersona zəng edərək, Qüdsün tarixi və qanuni statusunu qoruyub saxlamağın vacib olduğunu bildirib və bu statusu dəyişmək məqsədi güdən hər hansı bir qərardan imtina edilməsini istəyib.“Qüdsün İsrail rejiminin paytaxtı kimi tanınması istiqamətində hər hansı qərarın sadəcə, iordaniyalılar və fələstinlilər üçün yox, ərəb və müsəlman dünyası üçün də ciddi nəticələri olacaq”, - deyə o bildirib.
Səfadi, həmçinin bu addımın ABŞ-ın İsrail rejimi və Fələstin arasında sülh danışıqlarını bərpa etmək səylərinə zərər vuracağını qeyd edərək, bunun bölgəni daha çox gərginliyə sürükləcəyini deyib. Deyerler.org