Tarix : 2017 Dec 07
Kod 53658

AİP Qadınlar Şurası İslam Peyğəmbərinin (s) mövludu münasibəti ilə tədbir keçirib

Aləmlərə nicat Peyğəmbərimizin (s) əziz mövludu münasibəti ilə AİP Qadınlar Şurası tədbir keçirib.
Arannews-İslaminSesi xəbər verir ki, tədbiri giriş sözü ilə açan AİP Qadınlar Şurasının sədri Növrəstə İbrahimova qonaqları salamlayaraq, bayramlarını təbrik edib. Daha sonra çıxışına davam edib: "Bu əziz gün, dünyanı nura bürüyən gündür.  Bütün təriflərə layiq olan  Həzrəti Məhəmməd Mustafanın və məzhəbimizin çırağı, altınca imam Cəfər Sadiq (ə) - ın mübarək mövlud günləridir. Bu münasibətlə  zəmanəmizin çırağı və xilaskarı Həzrəti Mehdi (ə.f)- nu, xanım Fatimeyi Zəhra (ə) - ı Əhli-beyt sevərləri təbrik edirəm”.

 Daha sonra o gələcəyə olan ümidlərdən və İslamın nur kimi xilasından danışıb: "Allah bizə aləmlərə müjdə və rəhmət verən, ümmətlərini daha çox sevən o peyğəmbərə layiq olmağı nəsib etsin. O peyğəmbər ki, batmayan bir günəşdir. Elə bir günəş ki, biz onu görmədən sevdik. O özü də deyib ki, behiştdə ən çox məni görmədən sevənlər olacaqlar. "

O, çıxışının sonunda belə mövlud günlərinin ölkəmizin ən ucqar zirvələrində qeyd olunmasını Allahdan diləyib.

 Daha sonra məclisdə "Fatimə" jurnalının redaktoru Kəklik xanım Heydərzadəyə söz verilib. O, bildirib ki, bu gün həqiqətən mübarək gündür: “ Məşhur yazılarda və təbrik açıqcalarında "Biz səni görmədən sevdik Ya Rəsulallah" yazılar. Bu sözlər məhz onu görmədən sevənlərin eşqini vəsf edir. O elə bir uca peyğəmbərdir ki, Allah onun nuru eşqinə kainatı xəlq etmişdir."

 Tədbir digər iştirakçıların çıxışları və ilahilərlə davam etdirilib. 



  • Yazılıb
  • da (də) 2017 Dec 07
  • Göndərən مدير سايت Aran News