Tarix : 2017 Dec 07
Kod 53659

GÜNAHLARIN TƏSİRİNDƏN QORXMAQ VƏ ALLAHDAN HƏYA ETMƏK

Allahın əzabından qorxan şəxs, heç vaxt günah etməz
Arannews-Günahları təmizləyən amillərdən biri də günahların təsir və nəticəsindən qorxmaqla Allahdan həya etməkdir. İmam Sadiq (ə) buyurur: Bir şəxsin ki, Allahın onu gördüyündən, söhbətini eşitdiyindən və bütün gördüyü pis, yaxşı işlərdən xəbərdar olmasından yəqinliyi var, o şəxs pis işlər görməz və öz Allahından həya edib, günahlardan qorunar.»
O Həzrət başqa hədisdə buyurur:
«Allahdan elə həya et ki, elə bil onu görürsən və sən Onu görməsən də O səni görür».
İslam Peyğəmbəri (s) buyurur:
«Mömin günahı belə təsəvvür edir: Sanki böyük bir daşın altında durub və o daşın uçmağından qorxur. Amma kafirin günaha münasibəti onun burnunun yanından keçən bir milçəyin vızıltısına bənzəyir».
İmam Əli (ə) buyurur: 
لا تَخَفْ اِلاّ ذَنْبَكَ
«Öz günahından savayı heç bir şeydən qorxma!»
İmam Sadiq (ə) buyurur: 
اَلْعَجَبُ مِمَّنْ يَخافُ الْعِقابَ وَلَمْ يَكُفَّ
«Təəccüb edirəm o şəxsə ki, Allahın əzabından qorxur, bununla belə günah edir».
Yəni Allahın əzabından qorxan şəxs, heç vaxt günah etməz.

  • Yazılıb
  • da (də) 2017 Dec 07
  • Göndərən مدير سايت Aran News