Tarix : 2017 Dec 07
Kod 53660

HƏMAS: ABŞ cəhənnəm qapılarını üzünə açıb

HƏMAS: ABŞ cəhənnəm qapılarını üzünə açıb
Arannews-FaktXəbər-in verdiyi məlumata görə, Fələstinin İslami Müqavimət Hərəkatı olan HƏMAS təşkilatı bəyan edib ki, Donald Trampın Qüdslə bağlı qərarı mənfi nəticələrə gətirib çıxaracaq. Bu barədə "İnterfaks" xəbər verir.
"Qüds - ərəb müsəlman torpağıdır",-deyə hərəkatın rəsmi nümayəndəsi bildirib. O, həmçinin vurğulayıb ki, bu addım Yaxın Şərqdə Vaşinqton üçün cəhənnəmin qapılarını açır.
Qeyd edək ki, dünən ABŞ prezidenti Donald Tramp çıxışı zamanı Qüdsü İsrailin paytaxtı kimi tanıyan açıqlama ilə çıxış edib. 

  • Yazılıb
  • da (də) 2017 Dec 07
  • Göndərən مدير سايت Aran News