Tarix : 2017 Dec 09
Kod 53664

Azərbaycan REJİMİ ŞƏRLƏDİYİ İLAHİYYATÇILARA HÖKM OXUDU

Azərbaycan rejiminin 2015-ci ildә Nardaranda hәyata keçirilәn qanlı әmәliyyatdan sonra hәbs edilәn ilahiyyatçıların daha bir qrupuna hökm oxunub.
Azərbaycan-Nur-azşcom-istinadən xəbər- rejiminin 2015-ci ildә Nardaranda hәyata keçirilәn qanlı әmәliyyatdan sonra hәbs edilәn ilahiyyatçıların daha bir qrupuna hökm oxunub. Bakı Ağır Cinayətlər Məhkəməsində Zülfüqar Mikayılov, Elman Ağayev və digər 10 nəfərin cinayət işi üzrə məhkəmə istintaqı bu gün yekunlaşıb.
Mәhkәmә prosesinә hakim Zeynal Ağayev sədrlik edib.
Hökmə əsasən, Zülfüqar Mikayılov 17 il, Elman Ağayev 13 il, Ruzi İsmayılov 15 il, Elxan Həsənov 12 il 3 ay, Faiq Allahverdiyev 13 il, Əli Hüseynov 12 il 3 ay, Mehman Quliyev 13 il, Mehman Məmmədov 12 il 3 ay, Ramin Seyfullayev 13 il, Eldar Bünyatov 12 il 3 ay, Cabir Əliyev 14 il, Mübariz İbrahimov 13 il müddətinə azadlıqdan məhrum olunublar.
  • Yazılıb
  • da (də) 2017 Dec 09
  • Göndərən مدير سايت Aran News