“Trampın qərarını pisləmək heç də kifayət deyil. Əməli addım atmaq vacibdir. Onların səfirlərini çıxarmaq xüsusilə də İsrail səfirliklərini bağlamaq lazımdır.”
Arannews-İslaminSesi.info əl-Aləmə istinadla xəbər verir ki, bunu Tehranın müvəqqəti imam-cüməsi Ayətullah Əhməd Xatəmi deyib. Ayətullah Əhməd Xatəmi Tehranda cümə namazı xütbələrində çıxışı zamanı bəzi ərəb dövlətlərinin belə bir taleyyüklü məsələyə görə yumşaq reaksiyasını tənqid edib və bildirib ki pisləmək yox səfirlərini çıxarmaq lazımdır.
Qeyd edək ki, İsrailin Misir, İordaniya və Mərakeşdə səfirliyi var.
Trampın Qüdslə bağlı qərarından sonra ərəb ölkələrindən yalnız İraq və Tunis ABŞ səfirini çağıraraq nota veriblər.