Arannews-İraqın nüfuzlu din alimi Ayətullah Seyid Əli Sistani ABŞ prezidenti Donald Trampın Qüdsün İsrailin paytaxtı elan olunması ilə bağlı qərarına etiraz edib. Bu barədə iraqlı mərceyi-təqlidin rəsmi internet səhifəsinə məlumat yerləşdirilib. Bildirilir ki, Ayətullah Sistani Qüdsün İsrailin paytaxtı elan olunması qərarına etiraz edir və bununla bağlı İslam ümmətinin birgə addım atılmasını istəyib: "Trampın bu qərarı milyonlarla müsəlman və ərəbin hisslərini yaralayıb. Amma bu qərar bir daha həqiqəti sübut etdi ki, Qüds işğal olunmuş ərazidir və əsl sahibi olan fələstinlilərə qaytarılmalıdır". (faktxeber)