Tarix : 2017 Dec 09
Kod 53671

Ayətullah Sistanidən Trampın Qüds qərarına REAKSİYA

Qüds işğal olunmuş ərazidir və əsl sahibi olan fələstinlilərə qaytarılmalıdır
Arannews-İraqın nüfuzlu din alimi Ayətullah Seyid Əli Sistani ABŞ prezidenti Donald Trampın Qüdsün İsrailin paytaxtı elan olunması ilə bağlı qərarına etiraz edib. Bu barədə iraqlı mərceyi-təqlidin rəsmi internet səhifəsinə məlumat yerləşdirilib. 
Bildirilir ki, Ayətullah Sistani Qüdsün İsrailin paytaxtı elan olunması qərarına etiraz edir və bununla bağlı İslam ümmətinin birgə addım atılmasını istəyib: "Trampın bu qərarı milyonlarla müsəlman və ərəbin hisslərini yaralayıb. Amma bu qərar bir daha həqiqəti sübut etdi ki, Qüds işğal olunmuş ərazidir və əsl sahibi olan fələstinlilərə qaytarılmalıdır". (faktxeber)

  • Yazılıb
  • da (də) 2017 Dec 09
  • Göndərən مدير سايت Aran News