Tarix : 2017 Dec 09
Kod 53672

Seyid Həsən Nəsrullah: "Hər kəsi bu qərara qarşı qəzəb nümayişlərinə dəvət edirəm"

11 dekabrda Beyrutun cənub bölgəsində geniş miqyaslı etiraz aksiyası olacaq
Arannews-Livanın Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah Vaşinqton rəhbərliyinin Qüdsü İsrail rejiminin paytaxtı kimi tanıması ilə bağlı qərarına reaksiya vermək üçün dekabrın 7-si canlı yayımda çıxış edib.
Nəsrullah Tramp açıqladığı qərarın ikinci bir Balfur deklarasiyası xarakterində olduğunu bildirib və ərəb və müsəlman dünyasından bu qərarın mənasız olduğuna dair səslər eşitməyə ümid etdiyini söyləyib. "Balfur deklarasiyasından 100 il keçməsinə baxmayaraq, bu gün qarşımızda yeni bir Balfur deklarasiyasının olduğunu hiss edirik”.
Tramp rəhbərliyinin qəbul etdiyi qərarlarla beynəlxalq hüquq normalarını tapdaladığını və dünyaya “meşə qanunlarını” tətbiq etdiyini elan edən Nəsrullah, bazar ertəsi günü (11 dekabr) Beyrutun cənub bölgəsində geniş miqyaslı etiraz aksiyalarının keçirilməsilə bağlı tapşırıq verib.
“Sionist rejimin liderləri bu qərardan sonra Qüdsdə yəhudiləşmə siyasətlərilə yanaşı, işğal altındakı Fələstin torpaqlarında yeni binaların inşasına təkan verəcəklər. Trampın son qərarına səssiz qalmaq bir çox təhlükəyə səbəb ola bilər. Bunların ən önəmlisi ABŞ-ın ərəb dünyasının taleyini ələ keçirməsidir.
Verilən qərara ən mühüm cavab Fələstinin üsyanı və İslam Ölkələri (İƏT) sammitinin Qüdsü Fələstinin paytaxtı kimi tanıması olacaq.
Müqaviməti artırmaq və yeni Fələstin intifadası istiqamətində edilən çağırışı dəstəkləyirik. Bu Amerikanın qərarına qarşı ən əhəmiyyətli və ən ağır cavabdır”.
Nəsrullah çıxışında ərəb və müsəlman ölkələrə ABŞ-ı Qüdslə bağlı qərarını yenidən müzakirə etməsi üçün təzyiq etməyə dəvət edib. O, Fələstin xalqına qarşı açıq-aşkar ABŞ təcavüzü kimi səciyyələndirdiyi qərarın geri götürülənədək tərəflərə danışıqları təxirə salmaları üçün səslənib. Hizbullahın lideri ərəb ölkələrinə ABŞ səfirlərinə nota vermələrini də istəyib.
Seyid Həsən Nəsrullah sözlərinin digər bir hissəsində ABŞ-ın Qüds qərarının nəticəsi ortaya çıxacaq təhlükələr məsələsində beynəlxalq ictimaiyyətin üzərinə böyük bir vəzifə düşəcəyini bildirib. “Bunu unutmamalıyıq ki, Tramp heç kəs və ya beynəlxalq cəmiyyətin iradəsinə hörmət etmir. Dünən axşam gördüyümüz şey, Tramp tərəfindən sionist rejimin xeyrinə atılan addım və əksinə bütün dünyaya qarşı edilən bir təhqirdir. Bu qərar bir milyardan artıq müsəlman yüz yüz milyonlarla xristianın hisslərini incitdi.
Trampın Qüds qərarının səbəbləri və köklərinə toxunan Həsən Nasrullah, bunları deyib: “Elə birlirsiniz Tramp bu qərarı elə-belə verib. Hesab edirəm ki, ABŞ sionist rejimlə bu barədə məsləhətləşmələr aparıb və bu günün daha uyğun olduğuna qərar veriblər. Onlar ərəb ölkələri və xalqlarını qısa müddətdən sonra Fələstini unudub hər bir dövlətin öz məsələləri ilə məşğul olacağını və kimsənin Fələstin məsələsində mövqe göstərməyə belə vaxtı olmayacağına inanaraq bu addımı atıblar.
Sionist rejimlə olan bütün açıq və gizli danışıqların dayandırılmasını istəyirəm. Bunun yanaşı Təl-Əvivlə olan diplomatik münasibətlər də təxirə salınmalıdır. Hesqab edirəm ki, bu rejimlə davam edən münasibətləri normallaşdırma cəhdləri Qüdsə qarşı ən böyük xəyanətdir.
Bir-birinin ardınca gələn düşmən İsrail rejimi hökumətləri, Qüdsü on illərdir yəhudiləşdirməyə və mümkün olan hər bir cəhətdən ələ keçirməyə çalışıblar. Onlar öz imzaladıqları müqaviləyə belə hörmət etmirlər”.
İslam dövlətlərinə xitab edən Hizbullahın lideri, sözlərini belə yekunlaşdırıb: “Ərəb və İslam dünyasındakı böhranlara bir həll yolu axtarmalıyıq, çünki dəyərlərimiz təhlükədədir. Digər tərəfdən, hamını Trampın Qüdsə qarşı qəbul etdiyi son qərarını pisləyib, Fələstin xalqıyla həmrəylik içində olduqlarını ortaya qoymaq məqsədilə təşkil olunacaq qəzəb nümayişlərinə dəvət edirəm”.(deyerler.org)


  • Yazılıb
  • da (də) 2017 Dec 09
  • Göndərən مدير سايت Aran News