Tarix : 2017 Dec 09
Kod 53675

Bakıda ABŞ səfirliyi qarşısında Donald Trampın Qüds qərarı ilə bağlı etriaz aksiyası keçirilib - FOTO

Bu gün Bakıda bir qrup inanclı ABŞ prezidenti Donald Trampın Qüdsüsn İsrailin paytaxtı elan olunması qərarına etiraz olaraq aksiya keçirib
Arannews-Aksiya ABŞ-ın Azərbaycandakı səfirliyi qarşısında baş tutub. 

Qüdsdə dəstək nümayiş etdirən bir qrup aksiya iştirakçıları, “Qüdsə azadlıq”, “Qarabağa azadlıq”, Məhv olsun İsrail, “Məhv oslun Amerika ” şüarları səsləndirərək Trampın məlum qərarına kəskin etirazlarını bildiriblər.
Etirazçılar əllərində "Qüds və Qarabağa azadlıq", "Qüds müsəlmanların ilk qibləgahıdır" "Terrorizmi dayandırın" şüarlar yazılmış plakatlar daşıyıb.

İslaminSesi sözügedən aksiyadan lentə alınan fotoları oxucularına təqdim edir. Aksiya ilə bağlı geniş videoreportajı oxucularımıza təqdim edəcəyik.


  • Yazılıb
  • da (də) 2017 Dec 09
  • Göndərən مدير سايت Aran News