Tarix : 2017 Dec 09
Kod 53676

Sionist qüvvələrinin təcavüzündə yaralanan fələstinlilərin sayı 1000-i keçib

ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı elan etməsindən sonra əksər islam ölkələrində o cümlədən Fələstində izdihamlı etiraz aksiyaları keçirilib. Son iki gündə Fələstində və işğal edilmiş ərazilərdə aksiyalar zamanı yaralanan fələstinlilərin sayı 1000-i keçib.
Arannews-İslaminSesi.info bu barədə Fələstin mətbuatına istinadla xəbər verir.
 Son iki gündə Sionist qüvvələri ilə toqquşma zamanı iki fələstinli şəhid olub. Israil qüvvələri odlu güllələrdən də istifadə edib.
 Toqquşmalar İordan çayının qərb sahili bölgələrində, işğal edilmiş Qüdsdə, və Qəzza zolağından abaş verib.
 Mahmud əl-Misri və Mahir Ataullah adlı iki fələstinli şəhid olub.
 Ötən gün Malaziyadan Yaxın Şərqə, buradan Mərakeş, Avropa və Amerikaya qədər əksər ölkələrdə Trampın Qüdslə bağlı birtərəfli və həyasız qərarına qarşı etiraz aksiyaları keçirilib

  • Yazılıb
  • da (də) 2017 Dec 09
  • Göndərən مدير سايت Aran News