Arannews:Truth.NGO-istinadən xəbər:Sionist rejim Azərbaycan Respublikasında tibb və əczaçılıq sahələrinə nüfuz üçün Xorev Tibb Mərkəzi vasitəsilə Azərbaycan Respublikası prezidentinin xanımı Mehriban Əliyevanı təltif edib. (Xorev Mərkəsinin baş həkimi Roman Barak Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın beynəlxalq tibb elmi sahəsindəki xidmətlərinə və İsrail ilə Azərbaycan arasında səhiyyə əlaqələrinin inkişafına töhfələrinə görə İsrail Tibb Akademiyasının fəxri doktoru diplomuna layiq görüldüyünü bildirib. Fəxri doktor diplomu ünvanına çatdırılması üçün Baş nazirin müavini Abid Şərifova təqdim edilib.)Məşriq İnformasiya Agentliyi: İran-Azərbaycan rabitələrinin əhəmiyyəti zəruri edir ki, Bakı-Tel-Əviv münasibətlərinə dəqiq nəzər salaq. Ötən illərdə davamlı şəkildə belə bir şübhə təlqin olunub ki, İranın Qafqazda siyasət, media, mədəniyyət, hərb və din sahələrində yanlış strategiyaları Azərbaycan Respublikasının sionist rejimlə yaxınlaşmasına səbəb olub. Hətta bəzən bu işdə mərcəiyyət (din alimləri) də təqsirli sayılıb, rəsmi Bakının şiələrə qarşı zülmlərinə etiraz edən təqlid mərcələri sadəlövh çevrələr tərəfindən əsassız ittihamlarla üzləşib.
Azərbaycan-İsrail münasibətlərinin gerçəkliklərini üzə çıxarmaq üçün Məşriq İnformasiya Agentliyi Qafqaz məsələləri üzrə baş mütəxəssis doktor Əhməd Kazimi (beynəlxalq hüquq üzrə doktor və “Cənubi Qafqazda təhlükəsizlik” kitabının müəllifi) və Azərbaycan Respublikası üzrə siyasi ekspert Bürhan Heşməti ilə söhbətləşib. Müsahibəni oxuculara təqdim edirik:
Məşriq: Azərbaycan Respublikası ilə sionist rejim arasında real münasibətləri araşdırmağa ehtiyac vardımı?
Heşməti: Bu sualları cavablandırmaq üçün ilk addımda Azərbaycan Respublikası ilə sionist rejim arasında rabitələrin nümunələrini nəzərdən keçirmək lazım gəlir. Təəssüf ki, bu nümunələr olduqca çoxdur, siyasət və diplomatiya sahələrindən əlavə mədəniyyət (incəsənət, musiqi, idman), təhsil (məktəb, universitet, yəhudi məktəblərinin genişləndirilməsi), din (bəhailik kimi azğın firqələrə meydan verilməsi), kibernetika, informatika, İT, media, təhlükəsizlik-kəşfiyyat, ictimai qurumlar (qeyri-hökumət təşkilatları), arxeologiya (tarixin təhrifi üçün), memarlıq (Bakıda sionist masson simvollarının genişləndirilməsi), miqrasiya (işçi qüvvələrin ezamı), səhiyyə və əczaçılıq, viza rejiminin asanlaşdırılması, turizm, Qarabağ konflikti ilə bağlı həmkarlıq kimi sahələri də əhatə edir.
Bütün bu sahələrdə sionist rejiminin fəaliyyəti və nəzarəti İlham Əliyevin bir sözünü dolayısı ilə təsdiqləyir. İlham Əliyev sionist rejim rəsmiləri ilə bir görüşdə iki ölkə arasında münasibətlər barədə deyib ki, ölkələrimiz arasındakı rabitələr aysberq kimidir, onun onda biri üzdədir, onda doqquzu suyun altdadır, görünmür.
Azərbaycanla sionist rejimin rabitələrində son iki ildə, xüsusilə ötən il sıçrayışlı inkişaf olub. Belə ki, sionist rejimin baş naziri Benyamin Netanyahu ötən il 13 dekabrda rəsmi şəkildə siyasi və təbliğatçı manevrlərlə Azərbaycan paytaxtına səfər etmək qərarına gəlib. Bu səfər 1997-ci ildə, təqribən 20 il öncə gecə, məhrəmanə və qısa səfərdən sonra baş tutub.
Bu səfərdə Bakı və Tel-Əviv arasında müştərək komissiya yaradılması barədə razılaşma imzalanıb. Belə razılaşma diplomatik baxımdan iki ölkə arasında həmkarlıqların maksimum genişləndiyini göstərir. Bunun ardınca müşahidə etdik ki, sionist rejimin baş naziri bu səfərdə Bakıdakı yəhudi məktəbində oldu, Azərbaycanla təhsil, elm və araşdırma sahələrində həmkarlıqların genişləndirilməsi zərurətini vurğuladı. İlham Əliyev Netanyahunun bu sözü ardınca Azərbaycan Respublikasının təhsil nazirini Azərbaycan-İsrail müştərək komissiyasına rəis təyin etdi. Bu addımı ilə nümayiş etdirdi ki, Netanyahunun təhsil sahəsində əməkdaşlıqların inkişaf etdirilməsi istəyini dəstəkləyir.
Hazırda bu müştərək komissiyanın ilk iclasının təşkili gözlənilir. Sadəcə müəyyənləşməlidir ki, komissiyanın ilk iclası Bakıda ya Tel-Əvivdə keçirilsin. Tədricən Azərbaycan Respublikasının İsraildə səfirliyinin açılması gündəmə gəlir. Artıq bu mövzuda müəyyən mülahizələr eşidilir. Əslində bu səfirlik olmadan da Azərbaycan Respublikası ilə sionist rejim arasında rabitələr çox genişdir. İki ölkə arasında illik ticarət mübadiləsi minimum 4 milyard dollardır. Azərbaycan Respublikasının sionist rejimdən aldığı silah-sursat 5 milyard dollardan yuxarı dəyərləndirilir. Sionist rejimin Azərbaycan Respublikasının təhlükəsizlik sistemini nəzarətə götürməsi göz qabağındadır.
Məşriq: Sionist rejim Azərbaycan Respublikası ilə nə üçün bütün sahələrdə rabitələri genişləndirməyə çalışır? Bu sırada hansı sahələrin adını çəkmək olar?
Heşməti: Təbii ki, sionist rejimin bütün sahələrə nüfuz etməkdə əsas məqsədi İranın Azərbaycanda mövcudluğuna mane olmaqdır. Məsələn, tibb və əczaçılıq sahəsində İran-Azərbaycan münasibətlərinin genişliyi kimsəyə sirr deyil. Xüsusilə Tehran, Təbriz və Ərdəbildə tibb müəssisələrinə çoxsaylı Azərbaycan vətəndaşlarının müraciəti sionist rejimi narahat edir. İsrailin Azərbaycan Respublikasındakı təmsilçisi Bakı mediasında mövzu ilə bağlı ölkəsinin narahatçılığını açıq dilə gətirir. Hətta İran səhiyyəsinin yetərsizliyi barədə təbliğat aparır. Amma Azərbaycan Respublikasından İran tibb mərkəzlərinə müraciət edən xəstələr və onların yaxınları bu səfərlərin səmərəsini gördüyündən anti-İran və İsrailə bağlı şəbəkələrin təbliğatı təsirsiz oldu. İki il bundan öncəyə qədər Azərbaycan Respublikasından İran tibb müəssisələrinə müraciət edənlərin sayı artmaqda idi. Amma təqribən iki il öncə sionist rejim bu sahəyə birbaşa müdaxilə etdiyindən İrana müalicəyə gələn azərbaycanlıların sayı hiss ediləcək dərəcədə azalıb.
Sionist rejim Azərbaycan Respublikasında tibb və əczaçılıq sahəsinə nəzarətini gücləndirmək üçün Xorev adlı elmi mərkəz vasitəsi ilə prezidentin xanımı Mehriban Əliyevanı təltif edib. Bu addım Mehriban Əliyevanın Azərbaycanda tibbə böyük dəstəyi ilə əlaqələndirilib. Bu mükafatlandırmada Bakı Onkologiya Mərkəzinin də iştirakı olub. Bu sahədə İsrailin Xorev İnstitutu Milli Onkologiya Mərkəzi ilə həmkarlıq razılaşması imzalayıb. Bu razılaşmadan ötən iki ildə səhiyyə sahəsində Bakı-Tel-Əviv münasibətləri daha da dərinləşib, sionist rejim azərbaycanlı xəstələrin İrana müraciət etməməsi üçün xüsusi layihə həyata keçirib. 2016-cı ilin avqust, sentyabr aylarında haqqında danışdığımız razılaşma əsasında İsrailin “İsrail Qadın Sağlamlığı Mərkəzi”, “Xorev Tibb Mərkəzi”, “Hayfa şəhərinin sinə cərrahiyyəsi institutu” Bakıya, Gəncəyə, Mingəçevirə, Şəkiyə xüsusi tibbi personel ezam edib. Bu şəhərlərdə xəstə qadınlar pulsuz müayinədən keçirilib. Bakı və Tel-Əviv rəsmiləri müayinələrin pulsuz olması barədə açıqlama versə də bütün xərclər Azərbaycanda çox tanınmış Heydər Əliyev Fondu tərəfindən maliyyələşdirilib.
Heydər Əliyev Fondundan əlavə başqa bir qeyri-hökumət təşkilatı, RİİB kimi tanınan Regional İnkişaf İctimai Birliyi də sionist rejimin tibbi mərkəzlərinin Azərbaycandakı layihələrini maliyyələşdirib. Layihə çərçivəsində İsrail tibb mərkəzləri qadınların pulsuz müayinə və analizini həyata keçirib. Azərbaycan baş nazirinin birinci müavini Abid Şərifov İsrailin tibb layihələrinin icrasında yaxından iştirak edir. Hətta ürək çatışmazlığına görə Şərifov özü işğal olunmuş Fələstin torpaqlarında müalicə alıb. Bakı mediası Abid Şərifovun İsraildə müalicəsini geniş işıqlandırıb. Bakıda keçirilən mətbuat konfranslarından birində İsrailin tibb layihəsi barəsində bildirilib ki, Azərbaycanın bir çox regionlarından qadınlar müalicə üçün kömək istəyib. Vurğulanıb ki, bu layihə həmin müraciətlərin təmin olunması üçün həyata keçirilir və Heydər Əliyev Fondunun himayəsi ilə layihə təkmilləşdirilir.
İsrailin Xorev tibb mərkəzinin baş həkimi Roman Barak Azərbaycanda onlar üçün yaradılan şəraitə görə Azərbaycan prezidentinə təşəkkür edib və belə layihələrin icrasının davam etdiriləcəyini bildirib.
Məşriq: Sionist rejim gerçəkdən Azərbaycan Respublikasında tibbin inkişafına, xəstələrin müalicəsinə çalışır?
Heşməti: Əgər sionist rejim doğrudan da Azərbaycan Respublikasında xəstələrin müalicəsini qarşıya məqsəd qoymuşdusa, nə üçün ölkədə müstəqilliyin başlanğıcından xəstələrə, müharibəyə məruz qalanlara, Qarabağ əlillərinə yardım göstərmədi? Həmin dönəmdə Azərbaycan Respublikasında tibbi yardım yalnız pul xərcləmək və məşəqqət idi, kiməsə imtiyaz vermirdi. O zaman İranın Qırmızı Aypara və İmam Xomeyni Yardım Komitəsi Azərbaycan xalqına köməyini əsirgəmədi. O dövrdə sionist rejim böyük məqsədlərə çatmaq üçün plan cızırdı. İsrail Azərbaycan Respublikası ilə səhiyyə həmkarlığı barədə razılaşma imzalamışdı və bu razılaşma formal xarakter daşıyırdı. Bir neçə il ötəndən sonra Azərbaycan prezidenti Heydər Əliyevin hərbi mərasimdə ürəyi tutanda Türkiyə, Rusiya, Amerika kimi İsrail də bu hadisədən bəhrələnməyə çalışdı. Heydər Əliyev həmin razılaşmanı xəstə çarpayısında imzaladı. Bu barədə Azərbaycanın rəsmi xəbər agentliyi AzerTag-da məlumat verildi. Yəni sionist rejim ötən iki onildə, Azərbaycan vətəndaşlarının müalicə üçün İrana müraciəti artana qədər bu sahəyə diqqət ayırmayıb. Xəstələrin kütləvi şəkildə İrana müraciəti İsraili hərəkətə gətirib, sionist rejim Bakı dövlətindəki adamları vasitəsi ilə müalicə səfərlərinə mane olmağa başlayıb.
Bunun ardınca sionist rejim Azərbaycan Respublikasında böyük müalicə mərkəzi yaratmaq qərarına gəldi. Azərbaycan dövləti buna dəstək olaraq İranın Bakıdakı İmam Əli Klinikasını və humanitar mərkəzini bağlamağa qərar verdi. Bu mərkəzlər İmam Xomeyni Yardım Komitəsinin çətiri altında idi.
Azərbaycan dövləti İmam Xomeyni Yardım Komitəsinin Bakıda və regionlarda bütün fəaliyyətlərini qadağan etdi və hal-hazırda komitənin Azərbaycanda heç bir fəaliyyəti yoxdur. İran İslam Respublikasının Qırmızı Aypara Klinikası Bakıda dövlət tərəfindən ciddi təzyiqlər altında fəaliyyətini davam etdirir.
Məşriq: Sionist rejim Azərbaycanda İranla rəqabət üçün daha hansı sahələrə əl uzadıb?
Heşməti: Kənd təsərrüfatı sahəsində də Azərbaycanla İsrail arasında rabitələrin genişləndiyini görürük. Hansı ki, Sovetlər Birliyi dağılandan bu günə qədər Azərbaycanı əkinçilik məhsulları ilə təmin edən əsas ölkə İran olub. İsrail bir neçə ildir Azərbaycana kənd təsərrüfatı məhsulları satır və rəsmi Bakının himayəsi ilə bu sahəni nəzarətə götürməkdədir. Sionist rejim hazırda Azərbaycana kartof, soğan, badımcan, meyvə kimi sıradan məhsullardan tutmuş müxtəlif çeşidli ərzaq məhsullarına qədər ixrac edir. Sovetlər Birliyi dağılandan sonra Azərbaycanda spirtli içkilərin istehsalı dayanmışdı. Sionist rejim kənd təsərrüfatı sahəsində həmkarlıq çərçivəsində şərabçılığın bərpasına kömək edir. Xüsusi ilə İlham Əliyevin prezidentliyi dövründə bu sahədə fəaliyyətlər genişlənib. Hazırda Bakı mediası şərab istehsalı və eksportunu təbliğ edərkən İsraili əsas alıcı kimi vurğulayır.
Kənd təsərrüfatına sərmayə yatırımı sahəsində də İsrailin fəaliyyətləri artıb. Bunu Azərbaycanın İranla müştərək sərhədləri boyu cənub zonasında daha çox müşahidə edirik. İsrail əkinçilərə kömək, sərmayə yatırımı, təcrübə mübadiləsi, kənd təsərrüfatının modernləşdirilməsi, üzüm tənəklərinin becərilməsi kimi layihələr adı altında Azərbaycanda kənd təsərrüfatı sahəsini nəzarətə götürür. MAŞAV (İsrail Xarici İşlər Nazirliyi yanında Beynəlxalq Əməkdaşlığın İnkişafı Agentliyi) təşkilatının diplomatlardan tutmuş, əkinçi, biznesmen, müəllimlər üçün təşkil etdiyi kurslarda Azərbaycanın cənubundan çox sayda əkinçilər də iştirak edib. Bu insanlar işğal olunmuş Fələstin ərazilərində sionist rejimin kurslarına qatılıb.
Sonradan üzə çıxdı ki, Cəlilabad, Lənkəran, Astara rayonlarında böyük torpaq sahələri alınaraq İsraillə yaxın əlaqədə olan şəxslərin ixtiyarına verilib. Bu adamlar arasında sionist rejimə casusluq edənlər də var. Bundan əlavə cənubda yerli hakimiyyət orqanları və bələdiyyələrdə mühüm postlara dinə müxalif və İsrailə bağlı fiqurlar gətirilib. Cənub zonasında zahirən əkinçilik üçün nəzərdə tutulmuş ərazilərdə İran ərazisinə tuşlanmış izləmə qurğularının yerləşdirilməsi barədə məlumat var.
Məşriq: Sionist MAŞAV təşkilatının Azərbaycandakı layihələrinin hansı məqsədləri var? Layihələrin icrası üçün hansı nöqtələr seçilib və bu nöqtələrin seçilməsi nə ilə əlaqədardır?
Heşməti: MAŞAV təşkilatının layihələri təkcə sadə insanlar, aşağı səviyyəli məmurları əhatə etmir. Bu layihələr Səməd Seyidov, Qənirə Paşayeva kimi məclis nümayəndələri, Xarici İşlər Nazirliyinin sözçüsü Elxan Poluxov kimi nüfuzlu şəxsləri də öz kurslarına cəlb edir. Bu adamlar açıq şəkildə sionist rejimi müdafiə edirlər.
Sionist rejimin Azərbaycanda nüfuz etdiyi sahələrdən biri tikinti sahəsidir. Sionist rejim Azərbaycanda müxtəlif sahələrə, o cümlədən yol çəkilməsinə böyük məbləğdə borc verir. Amma bu borclar müqabilində etimad göstərdiyi sığorta şirkətlərinin zəmanətini tələb edir. Şübhəsiz ki, bu şirkətlər sionist rejimin banklarına borcun ödənməsinə zamin duranda icraçı şirkətin seçilməsinə təsir mexanizmi əldə edir. Aydın məsələdir ki, belə sərmayəçilərin məqsədi təkcə iqtisadi mənafe deyil. Bəzən Azərbaycan mediasında bu müəmmanı ifşa edən xəbərlər gedir. Bir müddət öncə Azərbaycan mediasında belə bir xəbər nəşr olunmuşdu ki, Azərbaycanın cənub zonasında, İranla sərhəd bölgəsində əkinçilik ərazilərində gizli kameralar və dinləmə qurğuları yerləşdirilib.
Buna görə də Azərbaycan-İsrail münasibətləri mövzusu çox mühüm mövzudur. Bu mövzu İranın milli təhlükəsizliyi ilə əlaqəlidir. Təəssüf ki, ölkəmizlə bağlı proqnozlaşdırmalarda bu məsələyə lazımınca diqqət yetirilmir.
Məşriq: Azərbaycan-İsrail münasibətlərində Tehranı bu münasibətlərə həssas edəcək hansı nümunələr var?
Doktor Kazimi: Bu mövzuda çoxsaylı nümunələr göstərə bilərik. Onlardan bəzilərini nəzərdən keçirək:
Azərbaycan ilk ölkə idi ki, 2014-cü ilin dekabr ayında onun ərazisindən pilotsuz təyyarə Nətənzə doğru hərəkət etdi. Bu pilotsuz təyyarənin Azərbaycan ərazisindən İran səmasına daxil olduğu müəyyən ediləndə və bu təyyarə vurulanda İranın Bakıdakı o zamankı səfiri mövqe sərgilədi. Səfir İsrail pilotsuzunun İran səmasına daxil olmasında Azərbaycanın rolunu təkzib edərək dedi: “Azərbaycan rəsmiləri bu iddianı rədd edirlər və İran rəsmiləri bu mövzu ilə bağlı Azərbaycan Respublikasının adını çəkməyib. Yalnız bir sionist mənbəsi belə bir iddia ilə çıxış edib.” Hansı ki, hadisədən sonra İranın o vaxtkı müdafiə naziri iki dəfə geniş şəkildə İsrail pilotsuzunun Azərbaycanın Naxçıvan məntəqəsindən Nətənzə doğru hərəkətini təsdiqləyən bəyanat verdi və bununla bağlı sənədlər ortaya qoydu. O zamankı müdafiə naziri general Dehqan 2016-cı il dekabr ayının 28-də Sputnik informasiya mərkəzi ilə söhbətində demişdi: “2 il öncə sionist rejimin pilotsuz təyyarəsi Azərbaycan ərazisindən İran fəzasına daxil olub. Biz o zaman Azərbaycan prezidentinə xəbərdarlıq etmişik ki, İsrail Azərbaycanın təhlükəsizlik sisteminə nüfuz edib.”
Mediada getdiyi kimi Azərbaycan Respublikası yeganə ölkədir ki, şəmsi təqvimlə 1390-cı il bəhmən ayında (2012) Tehran tərəfindən rəsmi etiraz notası alıb. Etiraz mətnində Bakıya Hüseyn Cavidan adlı şəxs barədə xəbərdarlıq olunur. İran tərəfi məlumat əldə etmişdi ki, bu adda şəxs İranda nüvə mütəxəssislərinə qarşı terror əməliyyatları planlaşdırıb. O, İran təhlükəsizlik xidməti tərəfindən ifşa olunduqdan sonra Azərbaycan Respublikasına sığınıb. Bu adda şəxsə Azərbaycanda siyasi sığınacaq verilməsi Azərbaycanla sionist rejim arasında bu sahədə razılaşma olduğunu göstərir. Bundan əlavə, doktor Əli Məhəmmədini terror edən Məcid Cəmali Fəşi adlı şəxs İran təhlükəsizlik qüvvələri tərəfindən həbs olunub və dindirilən zaman etiraf edib ki, terrorla bağlı təlimat almaq üçün Bakıya səfər edib, Bakıdan İsrailə, işğal olunmuş Fələstin torpaqlarına keçib. Hansı ki, onun pasportunda ölkədən çıxış və giriş barədə möhür olmayıb.
Bir müddət öncə Knesset, sionist rejimin parlamenti elan etdi ki, əksər Azərbaycan rəsmilərinin İsrail banklarında sərmayəsi var. Bu çox mühüm məsələdir. Azərbaycan dövlət rəsmiləri, iş adamları öz pullarını hətta Amerika və Avropa banklarına etibar etməyib İsrail banklarında yatırır. Bu məsələ iki dövlət arasında dərin pərdəarxası rabitələrdən danışır.
Məşriq: Nə üçün sionist rejimin Azərbaycan Respublikası ilə rabitələrini başqa ölkələrlə, məsələn Türkiyə ilə rabitələrə bənzətmək olmaz?
Doktor Kazimi: Sionist rejimin Azərbaycan Respublikası ilə rabitələrinin adi rabitə olmadığını təsdiqləyən dəlillər və sənədlər kifayət qədərdir. Azərbaycan Respublikası əhalisinin əksəriyyəti şiədir, bu ölkənin İranla dini, tarixi, mədəni, irqi bağlılıqları var. Elə bu baxımdan Azərbaycan Tel-Əviv üçün müstəsna əhəmiyyət kəsb edir. Azərbaycanın İsrail üçün xüsusi əhəmiyyət kəsb etdiyini təsdiqləyən başqa dəlillər də var. Amma bu mövzuda söhbət açmaq imkanımız yoxdur.
İşğal olunmuş Qüdsdə ibri universitetinin professorlarından olan İlya Hube Azərbaycan-İsrail münasibətlərini “məşuqə sindromuna” bənzədib. Rabitələr nə qədər çox yaxınlaşır və genişlənirsə, buna ehtiras daha da artır. Zəruri görünür ki, İran dövləti Azərbaycan-İsrail rabitələrinə münasibətini dəyişsin. Mediamızın da baxışında dəyişiklik olmalıdır. Bu münasibətlərə dərindən baxmaq, bu münasibətləri yenidən nəzərdən keçirmək lazımdır. Mövzunu dərindən araşdırdıqda belə bir fikir güclənir ki, Bakı və Tel-Əviv Azərbaycan Respublikasını sionist rejimin məntəqədə bazasına çevirməyə çalışır.
Məşriq: Sionist rejim Azərbaycan Respublikasını regionda öz bazasına çevirmək üçün hansı strateji addımları atmışdır?
Doktor Kazimi: Sionist rejim bu məqsədə çatmaq üçün 12 strategiya izləyir. Bu strategiyalardan hər birini araşdırdıqda aydın görünür ki, sionistlər illərlə öncə Azərbaycanla belə bir rabitə qurmaq üçün plan cızıblar. Bu strategiyalardan hər biri aydın göstərir ki, sionist rejimin Azərbaycanı regionda öz bazasına çevirmək üçün çox dəqiq və sistemli proqramları mövcuddur.
Sionist rejimin 12 strategiyası və bu strategiyaların necə həyata keçməsini nəzərdən keçirək:
1-ci strategiya: Şiələrə təzyiq strategiyası
Doktor Kazimi: İlk strategiya şiələrə təzyiq, şiəfobiya sayılmalıdır. Azərbaycan Respublikası Qafqaz və Mərkəzi Asiya məntəqəsində əhalisinin əksəriyyəti şiə olan yeganə ölkədir. Son on ildə, xüsusi ilə 2016-cı ildən bu günə qədər Azərbaycan mediasında gedən xəbərləri araşdırsaq rəsmi Bakının hicab, Aşura məktəbi, İmam Hüseyn (ə) əzadarlığı və digər İslam-şiə mərasimlərinə qarşı olduğunu aydın görərik.
Həqiqətən də ötən illərdə rəsmi Bakı anti-şiə mövqe tutub, bu ölkədə şiə məktəbini səhnədən çıxarmaq üçün təlaş göstərir. Şiə fəallara qarşı təzyiqlər diqqəti cəlb edəcək şəkildə güclənib. Onların bir çoxu həbs edilib. Hazırda 100-dən artıq şiə fəal, ruhani Azərbaycan Respublikasının həbsxanalarındadır.
Rəsmi Bakının şiə cameəsinə təzyiqləri həbslərlə məhdudlaşmır, bunun başqa nümunələri də var. Məsələn, Azərbaycanda şiə mədəniyyəti, ədəbiyyatı və incəsənəti ocaqlarından olan, İmam Rzanın (ə) bacısı Rəhimə xanımın hərəminin yerləşdiyi Nardaran qəsəbəsi şəmsi 1394-cü il azər ayında (2015) sayı 10 min nəfəri ötən Azərbaycan Təhlükəsizlik Qüvvələrinin hücumuna məruz qaldı. Hazırda bu qəsəbə hərbi qalaya çevrilməkdədir.
Bütün dini mərkəzlər, elm hövzələri kimi müəssisələr təmir, yenidənqurma, yeni yolların çəkilişi kimi bəhanələrlə qapanır. Məscidlərin dini proqramları yenidən nəzərdən keçirilir, məscidlərdə əsaslı dəyişikliklər aparılır, bəzi məscidlər qapanır, bəziləri müxtəlif bəhanələrlə uçurulur. Bu sahədə proqramlar sionist rejimin ideoloji mərkəzlərində hazırlanır. İslamçıların sistematik şəkildə həbsi sionist mərkəzlərdə planlaşdırılır. Hətta Azərbaycan mediasına belə bir məlumat sızmışdı ki, Nicat Əliyev kimi mətbuatda çalışan islamçılar həbs ediləndən sonra İsrailin Bakıdakı səfirliyində Mossad məmurları tərəfindən dindirilib.
Sionistlər yaxşı bilirlər ki, Azərbaycan Respublikasına şiə düşüncəsi hakim olarsa, bu ölkədə məqsədlərinə çata bilməyəcəklər. Buna görə də öz əlaltıları ilə birlikdə Azərbaycan Respublikasında şiə kimliyini səhnədən çıxarmağa, bu kimliyi dəyişməyə çalışırlar. Elə bu səbəbdən şiə kitablarının çapı üçün icazə almaq çətinləşib. Şiə kitablarının çapı və yayımında ciddi məhdudiyyətlər yaradılıb. Şiə məscidləri müxtəlif bəhanələrlə ya qapanır, ya da onların işində ciddi dəyişikliklər aparılır, məscid icmalarının heyəti dəyişdirilir. İcmalarda vəhabilərin seçilməsinə şərait yaradılır, vəhabi kitablarının nəşri və yayılması asanlaşdırılır. Bu sahədə rəsmi Bakı ilə Səudiyyə Ərəbistanı və İsrail arasında yaxın həmkarlıq mövcuddur.
Şiəfobiya sionist rejimin Azərbaycandakı strategiyalarındandır. Bu strategiyanın icrası nəticəsində ölkədə əksəriyyət təşkil edən şiələr ibtidai hüquqlardan məhrumdur. Ölkə əhalisinin əksəriyyətini təşkil edən şiələr beynəlxalq hüquq təşkilatlarının azlıqlar üçün nəzərdə tutduğu, beynəlxalq konvensiyalarda qabardılan ibtidai hüquqlardan bəhrələnir. Azərbaycan Respublikasında şiə ruhani-tələbə heç bir dövlət orqanında işə qəbul edilmir. Onlar parlament seçkilərində öz namizədliyini irəli sürə bilməz. Amma yəhudi azlığı maksimum hüquqlardan bəhrələnir, hətta əksəriyyətin malik olmadığı hüquqlardan faydalanır.
2-ci strategiya: Mədəniyyət strategiyası
Doktor Kazimi: Azərbaycan Respublikası ilə sionist rejim arasında ötən illərdə mədəniyyət sahəsində geniş həmkarlıq həyata keçib. Hər il sionist rejimin tövsiyəsi ilə Azərbaycan Respublikasında musiqi festivalı keçirilir, azdırıcı sərgilər təşkil olunur.
Dünyada geylərin müsabiqəsi kimi tanınan “Eurovision” müsabiqəsi sionist rejimin nəzarəti altında Azərbaycanda keçirilən müsabiqələrdəndir. 2011-2012-ci il festivallarından sonra Azərbaycan Respublikası davamlı şəkildə bu müsabiqələrə qatılır. Eurovision müsabiqəsi necə oldu ki, Azərbaycanda keçirildi? 2011-ci ildə Almaniyanın Düsseldorf şəhərində baş tutan Eurovision müsabiqəsində Azərbaycanı təmsil edən Eldar Qasımov (Nigar Camalla birlikdə) qalib gəldi. Bu müsabiqənin qaydalarına əsasən növbəti müsabiqə qalib şəxsin ölkəsində keçirilir. Beləcə Azərbaycan Respublikası növbəti “Eurovision” müsabiqəsinə ev sahibliyi etdi. Sonradan məlum oldu ki, Eldar Qasımov 2007-ci ildə sionist rejimin Azərbaycandakı mədəniyyət mərkəzinin təşkil etdiyi kursun yetirməsidir. Bunu sonradan İsrail Mədəniyyət Mərkəzinin rəhbəri etiraf etdi. Eldar Qasımovun ifa etdiyi ilk mahnı ibri dilində idi və bu mahnı sionistlərin 1967-ci ildə ərəblərlə müharibəsində marş kimi istifadə olunmuşdu. 2010-cu ildə sionist rejimin o zamankı hərb naziri Aviqdor Liberman Bakıya gələndə Eldar Qasımov başqa bir anti-İslam ibri mahnısı ifa etdi.
Eurovision müsabiqəsinin Bakıda keçirilməsi hicab hərəkatının başlanması, pozğun Qərb mədəniyyətinə qarşı mübarizənin güclənməsi ilə əlaqəli idi. Azərbaycan mediasında etiraf olunur ki, Eurovision müsabiqəsinin idarə olunmasını Mossad öz üzərinə götürüb. Bütün təhlükəsizlik tədbirləri Mossad tərəfindən həyata keçirilib. Müsabiqənin keçirildiyi il Azərbaycan Respublikasında şiə fəalların ən çox təzyiqə məruz qaldığı və həbs edildiyi il sayıla bilər. Sionist rejimin Azərbaycan Respublikasında həyata keçirdiyi bütün mədəniyyət tədbirləri Azərbaycanın milli mənəvi dəyərlərinə qarşı yönəlib. Eurovision müsabiqəsi İsrailin yüzlərlə anti-milli, anti-dini tədbirlərindən biri idi. İsrail səfirliyinin mədəni tədbirlər adı altında həyata keçirdiyi layihələrdən biri əxlaqsız Cənubi Amerika seriallarının tərcümə olunub Azərbaycan milli televiziyasında nümayiş etdirilməsidir. Səfirlik bu işin müqabilində heç bir əvəz almayıb. Amerika-İsrail qurumu kimi tanınan Soros Fondu sonradan müxtəlif əsaslarla Bakıdan çıxarılsa da, zamanında ATV kimi televiziya şirkətləri ilə həmkarlıq edərək ailə institutuna zərbə sayılacaq layihələr həyata keçirib.
İslamofobiya dalğaları arasında Azərbaycan Respublikasında bəzi mətbuat orqanları mürtəd Salman Rüşdinin “Şeytan ayələri” kitabını tərcümə edərək öz səhifələrinə çıxardı. Hansı ki, Bakı hökuməti Xural nəşriyyatına icazə vermədi ki, Adolf Hitlerin “Mənim mübarizəm” kitabından 500 nüsxə çap etsin. Buna kitabın anti-yəhudi məzmunu səbəb göstərildi.
Sionist rejimin Azərbaycan Respublikasında ideoloji fəaliyyətlərindən biri də sionist, framason simvolları yaymaqdır. Bakıda İstiqlal prospektində Obeliks adı altında şeytanpərəstlərin mücəssəməsi yerləşdirilib. Modern memarlıq simvolu adı ilə mason simvollarından, Davud ulduzundan istifadə olunur. Binalarda və metro stansiyalarında bu simvollarla rastlaşmaq mümkündür. Bu həm də Azərbaycan Respublikasının yəhudiləşdirilməsidir. Bütün bunlar aydın göstərir ki, Azərbaycan Respublikasına hakim ideoloji fəza dövlət orqanlarının himayəsi ilə hansı səviyyədə sionistlərin ixtiyarındadır.
3-cü strategiya: Siyasi strategiya
Doktor Kazimi: Sionist rejimin siyasi strategiyası Azərbaycan Respublikasında MAŞAV layihələri kimi layihələrlə reallaşır. İndi hamıya aydındır ki, MAŞAV İsrailin geniş təhlükəsizlik və kəşfiyyat layihəsidir. Maşav kurslarında iştirak edənlər sionistlərin dəstəyi ilə sürətli inkişaf yolu keçir, açar postlara sahib olur.
İsrailin siyasi strategiyasında diqqət yetiriləsi nöqtələrdən biri budur ki, sionist rejim ictimai fikrə təsir edərək Bakı-Tel-Əviv rabitələrini faydalı rabitələr kimi təlqin edir. Bu sahədə sionist rejim Qarabağ konfliktindən məharətlə bəhrələnir. Aprel ayında Qarabağda baş vermiş 4 günlük döyüş Azərbaycan mediasında geniş işıqlandırıldı. Bu təbliğat kampaniyasında sionist rejimin Azərbaycana silah-sursat dəstəyi geniş yer almışdı. Sonradan məlum oldu ki, İsraildən alınmış silahlar 2016-cı il aprel döyüşlərində yararsız olub, əməliyyatlar gedişində silahların kodlandığı müəyyənləşib və bu kodlara malik olmayan hərbçilər silahlardan istifadə edə bilməyiblər. Aydın olur ki, bu silahları Azərbaycana verməkdə İsrailin yeganə məqsədi ictimai fikrə təsir etmək, görüntü yaratmaq olub.
Tel-Əvivin siyasi strategiyasının nümunələrindən biri budur ki, Azərbaycan Respublikasında Qüds Günü kimi hadisələrə mane olsun. Hətta Qərb ölkələrində müsəlmanlar etiraz aksiyası keçirir. Amma Fələstin kimi torpaqları işğal olmuş Azərbaycan Respublikasında, Fələstin xalqı ilə müştərək dərdi olan xalq Qüds Günü keçirməməlidir!! Hətta aksiya keçirmək üçün cəhd olunsa, bu aksiyaların təşkilatçıları və iştirakçıları təqib edilir, həbs olunur.
Aydın olur ki, Azərbaycan Respublikası sionist rejimin arzu etdiyi atmosferi yaradıb. Məsələn, sionist rejimin Bakıdakı sabiq səfiri Artur Link Bakıdakı çıxışında deyir ki, əgər İsrail özünə qonşu seçmək imkanına malik olsaydı, heç şübhəsiz Azərbaycan Respublikası onun seçimlərindən olardı. O vurğulayır ki, işğal olunmuş torpaqlardan sonra İsrail üçün ən təhlükəsiz yer Azərbaycan Respublikası sayılır. Son 10 ildə Azərbaycan Respublikasında sionist rejimin siyasi və mədəni strategiyaları çərçivəsində müxtəlif bəhanələrlə onlarla mərkəz yaradılıb. Bu mərkəzlərin təhsil, mədəniyyət, təbliğat, xeyriyyə ilə məşğul olması bir bəhanədir. Azərbaycan Respublikasında yəhudilərin ən böyük təhsil mərkəzi Xabad-Or-Avner təhsil mərkəzidir. Yəhudi azlığının məskunlaşdığı Fransa kimi ölkədə belə bu tipli müəssisələr mövcud deyil.
Azərbaycan Respublikasında yəhudi azlığının sayı 20 min nəfərə çatmır. Belə bir şəraitdə onlarla institut və mərkəzin yaradılmasına nə ehtiyac var? Nə üçün Azərbaycan Respublikasının şimalında Qubada Qırmızı qəsəbə adlanan kiçik kənd ölkədə yəhudi mərkəzi kimi tanınmalıdır? Bütün bunlar göstərir ki, sionist rejim Azərbaycan Respublikasındakı boşluqlardan məharətlə istifadə edib, öz siyasi strategiyasını müvəffəqiyyətlə həyata keçirib.
4-cü strategiya: İqtisadi strategiya
Doktor Kazimi: Sionist rejimin 4-cü strategiyası iqtisadi strategiyadır. Azərbaycan Respublikasında müxtəlif iqtisadiyyat sahələrinə nüfuz etmək qarşıya məqsəd qoyulub. Sionist rejim iqtisadi fəaliyyətlər pərdəsi altında müxtəlif sahələr, o cümlədən kənd təsərrüfatı sahəsində öz məqsədlərini həyata keçirir. Sionist rejimlə Azərbaycan Respublikası arasında ticari mübadilələr ilbəil artmaqdadır. İranla Azərbaycan arasında ticarət mübadiləsi bir il üçün 500 milyon dollara çatmır. İsraillə ticari mübadilələr isə bir ildə 4 milyard dolları da keçir. Azərbaycanda iqtisadiyyatın heç bir sahəsi İsrailin gözündən yayınmayıb. Nəqliyyatdan tutmuş rabitə sistemlərinədək bütün sahələr nəzarət altındadır. Azərbaycan Respublikasında mobil şəbəkələrdə xüsusi payı olan Bakcell sionist şirkəti buna misal göstərilə bilər.
Yolsalma və tikinti işləri nəinki israilli icraçıların ixtiyarındadır, eyni zamanda Azərbaycan Respublikasının İranla sərhəd cənub bölgəsi və başqa məntəqələrində mərkəzləşib.
Sionist rejim bu gün də kənd təsərrüfatı, sığorta, gəmiçilik kimi sahələrdə Bakı-Tel-Əviv rabitələrini möhkəmləndirmək üçün, normal göstərmək üçün nüfuza malikdir. Sionist rejim yeganə ölkədir ki, bu ölkə ilə biznes əlaqələrinin genişləndirilməsi üçün Azərbaycan prezidenti xüsusi göstəriş verib, əlaqələrin genişləndirilməsinə mane olan faktorların aradan qaldırılmasını tapşırıb. Bu da iki ölkə arasında iqtisadi münasibətlərin genişləndirilməsində tərəflərin israrlı olduğunu göstərir.
5-ci strategiya: İranofobiya strategiyası
Doktor Kazimi: İrana qarşı düşmənçilik yaratmaq, İranı gözdən salmaq strategiyasının məqsədi İranla Azərbaycan arasında uzun tarixə malik olan mədəni, dini bağlılıqları aradan qaldırmaqdır. Bu məqsədlə İsrail Azərbaycanda informasiya şəbəkələri yaradır, İranla Azərbaycan arasında müştərək sayılan dəyərləri gözdən salır. Nizami Gəncəvi və onun məqbərəsi misal göstərilə bilər. Nizami Gəncəvinin məqbərəsi üzərində farsca yazılar və ya İran memarlığının məhv edilməsi məqsədləri izlənilir. Bu strategiyanın icrasında Bakı ilə Tel-Əviv arasında ciddi həmkarlıqlar mövcuddur. Bu istiqamətdə əsas işlərdən biri İslam Respublikası əleyhinə psixoloji müharibə aparılmasıdır.
6-cı strategiya: Diasporaçılıq və nasionalizm strategiyası
Doktor Kazimi: 2002-ci ildə Xaricdə Yaşayan Azərbaycanlıların işi üzrə Dövlət Komitəsi yaradıldı. 2008-ci ildə bu komitənin adı Diaspora Komitəsi oldu. Komitənin işi xaricdəki həmvətənlərin imkanları sayəsində lobbiçilik fəaliyyətlərini genişləndirmək idi. Bu komitə sionist rejimin lobbiçilik təcrübələrini təkrarlayır. Komitənin rəisi Nazim İbrahimov dəfələrlə işğal olunmuş Fələstin ərazisinə səfər etmiş şəxslərdəndir. Onun qardaşı Nağı İbrahimov uzun müddət ATV televiziya şəbəkəsinin rəisi olub. Bu şəbəkədə yəhudi kliplərinin, İsraili təbliğ edən roliklərin nümayişi adi hal almışdı. Bu həm də şəbəkənin sionist rejimə bağlılığını göstərirdi. Şirkət rəhbərliyinin dəyişməsi ilə son vaxtlar taktiki gediş olaraq ATV şəbəkəsi sionist rejimə bağlılığını gizlətməyə çalışır.
Azərbaycan-İsrail münasibətlərinin gerçəkləri (3-cü hissə)
“Sərhədlər və qardaşlıq” kitabının müəllifi Brenda Şaffer ( Brenda Shaffer) kimi sionistlərin nəzəriyyələrini mütaliə etdikdə panazərizm cərəyanında sionist nəzəriyyəçilərin rolu aydın olur.
2016-cı ilin əvvəllərində Yeni Müsavat qəzetində gedən məqaləyə əsasən İranda 2006-cı ildə Şərqi və Qərbi Azərbaycan vilayətlərində karikatura qalmaqalı ilə bağlı iğtişaşların yaradılmasında sionist rejimin Aman adlı kəşfiyyat idarəsi, o cümlədən Azərbaycan Respublikasının Diaspora Komitəsi təsirli olub. Bu məlumata əsasən, Aman sionist təşkilatı Azərbaycan Diaspora Komitəsinin vasitəsi ilə İrandakı azəri separatçılarla əlaqə yaradıb və iğtişaşların təşkilində mühüm rol oynayıb.
7-ci strategiya: Media strategiyası
Doktor Kazimi: Sionist rejimin Azərbaycan Respublikasında media strategiyasının məqsədi İsrailə münasibətdə ictimai fikri müsbətə yönəltmək, Fələstinin işğalından dolayı sionist rejim haqqında yaranmış işğalçı imicini aradan qaldırmaqdır.
Bakı ilə Tel-Əviv arasında ilk rabitələr yaranan illərdə Ayna və Zerkalo kimi qəzetlər iki ölkə arasında media körpüsü rolunu oynayıb. Bu mətbuat orqanları mətbuat katibliyi missiyasını üzərinə götürüb. Amma hal-hazırda Azərbaycan Respublikasında sionist rejimi ciddi şəkildə təbliğ edən, işğal olunmuş Fələstinlə bağlı xəbərlərə yolu bağlayan multimedia şəbəkəsi formalaşıb.
Maraqlıdır ki, bu media qurumları öz fəaliyyətlərində reallıqları təhrif etməklə Azərbaycanla İsrailin oxşar tale yaşaması təsəvvürü yaradır. Məsələn, Qarabağ müharibəsində faciəli Xocalı soyqırımını yəhudilərin şişirtmə holokost soyqırımına bənzətməyə cəhd göstərilir. Oxucuya belə bir hiss təlqin olunur ki, Azərbaycan vətəndaşları ilə işğal olunmuş Fələstin torpaqlarındakı yəhudilər arasında heç bir fərq yoxdur.
Bu media qurumları Azərbaycan tarixinin təhrifi çərçivəsində Azərbaycanın şimalında 1918-ci ildə Quba qırğını hadisəsini elə təqdim edirlər ki, guya ermənilər təkcə azəriləri yox, həm də yəhudiləri qətliam edib. Hansı ki, mötəbər tarixi sənədlər 1918-ci ildə adı çəkilən məntəqədə məhz yəhudilər tərəfindən müsəlmanların qırğınını təsdiqləyir. Gerçəkdən də həmin yəhudilərin radikal ermənilərlə əlaqələri olub.
8-ci strategiya: Təhlükəsizlik strategiyası
Doktor Kazimi: Təhlükəsizlik strategiyası sahəsində Azərbaycan Respublikası təhlükəsizlik orqanlarının İsrailin Mossad kəşfiyyat qurumu ilə həmkarlıqlarını yada sala bilərik. Bu iki qurumun həmkarlığı İranın nüvə mütəxəssislərinin terrorunda daha aydın müşahidə olunur. Öncə haqqında danışdığımız İsrail pilotsuz təyyarəsinin Nətənzə doğru uçuşu da iki ölkənin kəşfiyyat qurumları arasında həmkarlıqdan danışır.
Bundan əlavə, 2015-ci ildə Azərbaycan Təhlükəsizlik Nazirliyinin ləğvi ilə bağlı bu kəşfiyyat qurumlarının həmkarlıqları barədə yeni faktlar üzə çıxdı. Bu da aydın oldu ki, Azərbaycan Respublikasında vəhabilik və bəhailiyin yayılması istiqamətində iki kəşfiyyat qrupu həmkarlıq edib. Azərbaycan Təhlükəsizlik Nazirliyi təkfirçi vəhabilərin yol tikintisi kimi iqtisadi fəaliyyətlərini himayə edib.
Azərbaycan Təhlükəsizlik Xidmətinin sionist rejimdən 600 milyon dollar dəyərində qurğular alması ifşa olunmuş həmkarlıqlardandır. Azərbaycan hökumətinin yüksək məqamlı rəsmiləri, təhlükəsizlik xidmətinin nüfuzlu şəxsləri çəkinmədən bildiriblər ki, Bakı ilə Tel-Əviv arasında təhlükəsizlik sahəsində həmkarlıqlar mövcuddur. Heç şübhəsiz, bu həmkarlıqlarda əsas məqsədlərdən biri İran əleyhinə layihələrin icrası, İran İslam Respublikası daxilində gərginlik və iğtişaş yaradılmasıdır.
9-cu strategiya: Enerji strategiyası
Doktor Kazimi: Sionist rejim bu strategiyası çərçivəsində regionda enerji sahəsində həmkarlıqlara mane olmağa çalışır. Sionist rejim yaxşı bilir ki, İran, Azərbaycan və Rusiya arasında enerji sahəsində həmkarlıq üçün potensial imkanlar böyükdür. Elə buna görə də region ölkələri arasında həmkarlıqlara maneçilik törədir. Sionist rejimin enerji strategiyasının nəticəsi budur ki, Azərbaycan Bakı-Tiflis-Ceyhan xətti vasitəsi ilə sionist rejimin neft ehtiyacının 60 faizini təmin edir. Bu narahatedici mövzudur ki, bir müsəlman ölkəsi sionist rejimin enerji ehtiyacının böyük hissəsini təmin etsin.
Sionist rejim bu strategiya çərçivəsində bütün imkanlarını işə salıb ki, Misir və başqa ölkələrdən enerji asılılığını azaltsın. İsrail öz enerji ehtiyaclarının Azərbaycan tərəfindən təmin olunmasına üstünlük verir. Şahid oluruq ki, Azərbaycan enerji mübadiləsində böyük potensial imkanlarını kənara qoyaraq neftin Tel-Əvivə ötürülməsi layihəsi üzərində dayanıb. Sionist rejim eyni zamanda planlaşdırır ki, işğal altında olan ərazilərdəki təbii qazı hazırda Azərbaycan Respublikasının hesabına tikilən Tanap (TANAP konsorsiumları, TAP layihəsi) qaz borusu ilə Avropaya ötürsün.
10-cu strategiya: Hərbi strategiya
Doktor Kazimi: 2016-cı il 13 dekabrda sionist rejimin baş naziri Benyamin Netanyahu Bakı səfəri çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə müştərək mətbuat konfransında elan etdi ki, Bakının İsraildən aldığı silah-sursatın həcmi 4 milyard 850 milyon dollara, yəni təqribən 5 milyard dollara çatır. Hansı ki, həmin dövrdə Azərbaycan Respublikasının ümumi dövlət büdcəsi 30 milyard dollar təşkil edirdi. Belə bir şəraitdə silah-sursata 5 milyard dollar ayırılması dövlət büdcəsinin İsrailə xərclənməsi mənasına gəlirdi. Təbii ki, Tel-Əviv Azərbaycan prezidenti tərəfindən bu rəqəmlərin açıqlanmasından məmnun qalmadı. Digər tərəfdən, İsraildən alınan təchizata daxil olan Qabriel gəmi əleyhinə raketlər, Barak 8 raketi, bir qrup pilotsuz təyyarə və tanklar Qarabağın dağlıq relyefi şəraitində istifadəyə yararsızdır.
Sadə bir məntiqlə aydın olur ki, dənizə çıxışı olmayan Ermənistanla müharibədə gəmi əleyhinə raketlər və ya dağlıq şəraitdə tanklar, yaxın məsafədə müharibədə uzaq mənzilli raketlər yararlı ola bilməz. Ermənistan Azərbaycanın Naxçıvan bölgəsi ilə əsas torpaqları arasında kiçik bir ölkədir. Aydın olur ki, İsrailin Qafqazda, İranın bir addımlığında belə silah-sursat toplaması uzunmüddətli planlara əsaslanır. 2008-ci ildə Rusiya Osetiya müharibəsində cəmi bir həftə ərzində Gürcüstanın hərbi və təhlükəsizlik sistemlərini dağıtdı. Bu hadisədən sonra sionist rejim öz hərbi bazasını Gürcüstandan Azərbaycana köçürdü. Azərbaycan Respublikası mətbuatı İsraildən alınmış pilotsuz təyyarələrin Qarabağda keçirilən əməliyyatlarda uğurlu istifadəsindən yazır. Əslində bu təbliğat İsraildən alınmış və Qarabağ müharibəsinə aidiyyəti olmayan silah-sursatın əsas məqsədini pərdələməkdir.
11-ci strategiya: Təhsil, tarixin saxtalaşdırılması və arxeologiya strategiyası
Doktor Kazimi: Elm və təhsil sahəsində, arxeologiya sahəsində fəaliyyətlər sionist rejimin strategiyaları arasında yer alıb. Bu strategiya kifayət həddə araşdırılmayıb. Sionist rejim təhsil sahəsinə böyük sərmayə yatırıb. Azərbaycan Respublikasında dərs kitablarının məzmununda ciddi dəyişikliklər aparılıb, bu kitablarda həqiqi İslamdan nə isə qalmaması üçün işlər görülüb. Azərbaycan Respublikasının tarixi saxtalaşdırılıb. Azərbaycanın İranla müştərək tarixi, İrandan ayrılması bu kitablarda müşahidə olunmur.
Paralel olaraq Azərbaycanda tarixin təhrifi ifşa olunan, saxtakarlıqlardan danışılan kitabların çapına icazə verilmir. Son illərdə Azərbaycanda Səfəvi sülaləsinə qarşı hücumlar çox şiddətlənib. Səfəvilərin üstündən xətt çəkməyə cəhd göstərilən bir zamanda bugünkü Azərbaycan ərazisində Xəzər imperatorluğu adlanan qədim yəhudi imperatorluğunun mövcudluğundan danışılır.
Müşahidə edirik ki, sionist rejim Azərbaycanın tarixi gerçəkliklərini pərdələməklə yanaşı bu ərazidə yəhudi imperatorluğunun mövcudluğu kimi gülünc iddialar da ortaya qoyur. Bu olduqca təhlükəli yəhudiləşdirmə prosesi kimi dəyərləndirilə bilər. Bəli, Azərbaycanın yəhudiləşdirilməsi sionist rejim tərəfindən izlənən hadisədir.
Təhsil fəaliyyətləri bəhanəsi ilə tarixin təhrifi kənarında Azərbaycanın müxtəlif məntəqələrində arxeoloji qazıntılar aparılır. Azərbaycanın şimal bölgəsində aparılan arxeoloji qazıntılar kölgəsində iddia olunur ki, Azərbaycan Respublikası ərazisi bir zaman yəhudi ərazisi olub. Xəzər sahillərində yəhudi əsilli tayfaların yaşadığı inkar olunmur. Amma unutmaq olmaz ki, bu yəhudi azlığı Qafqaz və Xəzər sahilində yaşamış 440 azlıqdan biridir. Bir ərazidə hansısa milli azlığın məskunlaşması onların bu ərazidə imperiyaya malik olması mənasına gəlmir. Bu açıq şəkildə Azərbaycan tarixini təhrif etməkdir. Bu proses 50 ilə yaxındır davam edir və sionistlər təhrif əsasında bir düşüncənin bünövrəsini qoymağa çalışır.
12-ci strategiya: Azərbaycan Respublikasında yəhudi məskənləri və Azərbaycanın yəhudiləşdirilməsi
Doktor Kazimi: Öncə sadaladığımız 11 strategiyanın hər biri 12-ci strategiyanın reallaşdırılmasına xidmət edir. Bu strategiya Azərbaycan ərazisində yəhudi məskənlərinin mövcudluğunu qəbul etdirmək, Azərbaycanı yəhudiləşdirməkdən ibarətdir. Bu strategiya iki yolla reallaşdırılır. Bu yollardan biri Azərbaycan Respublikasında yəhudilərin sayını çox göstərmək, digəri böyük mülklər almaqdır.
Begin-Sadat sionist araşdırma mərkəzinin mütəxəssisi Morinson 2016-cı ildə belə bir iddia ilə çıxış etdi ki, Sovetlər Birliyi zamanında Azərbaycandan işğal olunmuş Fələstin ərazilərinə 800 min yəhudi mühacirət edib. Azərbaycan Respublikası başçıları yəhudilərə dost münasibət sərgilədiyindən guya həmin yəhudilər hazırda Azərbaycana qayıdır. Əslində bu iddia 800 min yəhudinin Azərbaycan ərazisində yerləşdirilməsi layihəsi idi. Sionist rejimin narazı yəhudilərə qarşı siyasətlərindən biri onları Azərbaycanda yerləşdirməkdir. İşğal olunmuş Fələstin torpaqlarında normal həyat yaşamayan mühacir yəhudilərin Argentinaya köçü uğursuzluqla nəticələndi və hazırda narazı yəhudilərin Azərbaycana köçürülməsi nəzərdə tutulur. Bu barədə Azərbaycan Respublikası və İsrail arasında bir razılaşma olduğu nəzərə gəlir. İsrail tikinti şirkətlərinin Bakıda tikdiyi 1 milyona yaxın mənzil boşdur. Bu mənzillərdə kimsə yerləşdirilməyib, bu mənzillər kiməsə satılmayıb. Belə bir ehtimal var ki, həmin mənzillər sionistlərin sərmayəsi ilə yəhudilər üçün tikilib. 800 min yəhudinin Azərbaycana dönüşü ilə bağlı fikirlər boş mənzillərlə bağlı şübhələr yaradır. Bu çox ciddi məsələdir və 800 min yəhudinin Azərbaycana mühacirəti ilə bu ölkənin yəhudiləşdirilməsi üçün zəminə var. Bu yolla Azərbaycan ərazisi sionizmin dayağına çevrilə bilər.
Sionistlər görürdülər ki, Sovetlər Birliyi dağılandan sonra Qərb Azərbaycanda məsihiləşdirmə layihəsi üzərində işlədi, amma 5 il fəaliyyət nəticəsiz oldu. Planlaşdırılırdı ki, 2005-ci ilə qədər Azərbaycan əhalisinin 20 faizi xristianlaşdırılsın. Bunu bacarmadılar. Amma sionist rejim 12 strategiyasını izləməklə, Azərbaycanda şiəfobiya, iranofobiya fəaliyyətləri ilə öz məqsədinə çata bilər. Elə bu əsasla sionistlər 2008-ci ildə Beynəlxalq Yəhudi Konqresini Azərbaycanda keçirmək qərarına gəldilər. Bu konqresin Azərbaycanda keçirilməsi ilə bağlı bəyanatlar sionistlərin bu şiə ölkəsinin gələcəyi ilə bağlı məqsədlərindən danışırdı.
Bizim qısa şəkildə nəzərdən keçirdiyimiz strategiyaları nəzərə aldıqda Azərbaycan Respublikasının İsraillə rabitələrini adi rabitə saymaq olmaz. Bu məsələ media mənsubları və siyasətçilərin üzərinə ağır məsuliyyət qoyur. Onlar Azərbaycan-İsrail münasibətlərinin gerçəklərini, həqiqi simasını ortaya qoymalıdır.
Məşriq: Deyilənləri nəzərə alsaq, sionist rejimin Azərbaycana yaxınlaşmaqda əsas məqsədi nədir?
Doktor Kazimi: Sionist rejimin Azərbaycanı seçməsinə ən azı 3 dəlil göstərə bilərik:
1. Azərbaycan Respublikasının İran İslam Respublikası ilə uzun müştərək sərhədi var.
2. Azərbaycan əhalisinin dini mənsubiyyətini nəzərə aldıqda görürük ki, Azərbaycan İran İslam Respublikasından sonra ən çox şiə cəmiyyətinə malik olan ölkədir. Bu ölkədə İrandan təsirlənmə nəticəsində siyasi İslamın formalaşması təbiidir və bu İsraili çox narahat edir.
3. İranla Azərbaycan arasında mədəniyyət, tarix, milliyyət baxımından müştərəklik mövcuddur. Azərbaycanda kürd, türkmən, rus və qeyri azlıqlar olsa da, ölkə əhalisinin əksəriyyətini azərilər və talışlar təşkil edir. Hər iki xalq İranla müştərəkliklərə malikdir. Sionist rejim bu əqidədədir ki, Azərbaycan cəmiyyətinə nüfuz etməklə, onların mədəniyyət və həyat tərzini dəyişməklə İran azərilərinə də təsir göstərmək olar. Nəticədə İranın strateji baxımdan dərinliyinə nüfuz etmək mümkündür.
Aydın olur ki, sionist rejim hansı xüsusiyyətlərinə görə Azərbaycana yaxınlaşır və Azərbaycandan gözlədiyini Türkiyədən gözləmir. Türkiyə haqqında bunu demək kifayətdir ki, Türkiyə böyük və tarixi olan ölkədir. Bu xüsusiyyətlər xaricilərin Türkiyəyə nüfuzunu çətinləşdirir. Azərbaycan kiçik, zəif, siyasi quruluşu bünövrəsiz bir ölkədir. Türkiyənin müəyyən dönəmlərdə sionist rejimlə rabitələri olsa da, bu ölkə hər zaman öz milli mənafelərini əsas götürüb. Digər tərəfdən türklərdə sionistlərə qarşı tarixi nifrət var. Osmanlı imperiyasının süqutunda yəhudilərin rolu var və türklər bunu unuda bilmir. Sultan Əbdülhəmidin Fələstini yəhudilərə verməkdən imtina etməsi ardınca yəhudilər Ərəbistan yarımadasında məskunlaşan ərəblərlə ittifaqa girib panərəbizm cərəyanını işə saldılar, Osmanlı imperiyasının süqutuna nail oldular.
Məşriq: Sizin nəzərinizcə Azərbaycan Respublikasının İrana münasibətdə strateji səhvi nədir?
Doktor Kazimi: Azərbaycan Respublikasının strateji səhvi İranla din, tarix, mədəniyyət sahəsindəki müştərəklikləri inkar etməsidir. Bunun nəticəsində Azərbaycan üçün güclü sayılacaq nöqtə zəif nöqtəyə çevrilib. Bakı Tehranla məntiq və qarşılıqlı ehtiram əsasında münasibət qurub, təkcə Mərkəzi Asiya və Qafqazda yox, Qərbi Asiya məntəqəsində təsirli ola bilərdi. Tarix göstərir ki, İran öz müttəfiqlərini ağır gündə tək qoymur. İraq və Suriyada terrorizm və təkfirçi vəhabiliyə qarşı İranın fəaliyyətləri bu iddianı təsdiqləyir. Azərbaycan Respublikası isə bu imtiyazdan istifadə etmək əvəzinə güclü bir nöqtəni özü üçün zəif nöqtəyə çevirdi.
Azərbaycan Respublikası müstəqillik qazanan gündən bu ölkədə tayfaçı və millətçi cərəyanlar iş başına gəldi. Bunun müxtəlif kökləri var. Eyni zamanda Qafqaz məntəqəsində İrana qarşı 200 ilə yaxın tarixi olan bir basqı var. 1813-cü ildə Gülüstan, 1828-ci ildə Türkmənçay müqavilələri imzalandı. Region əhalisinin baxışını dəyişmək üçün rus hakimləri iranofobiyanı işə saldılar. Bu cərəyanı Sovetlər Birliyi başçıları davam etdirdi. Daha sonra Qərb-yəhudi cəbhəsi eyni təbliğatı apardı.
Milli əsasla bir çox terminlər yaradıldı. Sovetlər Birliyi dövründə yaranan “Cənubi Azərbaycan” və “Şimali Azərbaycan” adları buna bir misaldır. Bəli, Qafqazda anti-İran cərəyanın 200 illik tarixi var. Sovetlər Birliyi dağılandan sonra bu cərəyan Elçibəyin başçılığı altında ifrat millətçilər tərəfindən davam etdirildi. Bununla kifayətlənməyib, Bakıda siyasi hakimiyyəti ələ keçirdilər, millətçi şüarlar səsləndirdilər. Qafqazda anti-İran cərəyanın tarixinə baxdıqda bu cərəyan Çar Rusiyası və kommunistlərdən sonra sionizm tərəfindən dəstəklənib.
Məşriq: Belə bir fərziyyə var ki, Bakı İranı qorxutmaq, İrana qarşı təsir mexanizmi əldə etmək üçün sionist rejimlə yaxınlıq yolunu seçib. Bu nə dərəcədə doğrudur?
Heşməti: Bəziləri Bakının Tel-Əvivlə yaxınlaşmasının səbəbi olaraq İranın qorxudulmasını göstərir. Bunun heç bir məntiqi əsası yoxdur. Belə bir sual yarana bilər ki, Azərbaycan İranı qorxutmaq istəyirdisə, nə üçün dünyaya meydan oxuyan Amerikaya sığınmadı? Beləcə, yuxarıdakı fərziyyə rədd olunur. Yuxarıdakı fərziyyəni həm də Azərbaycan başçılarının, o cümlədən İlham Əliyevin İsrail başçılarına müridcəsinə bağlılığı rədd edir. Biz bunu da gördük ki, yaxın zamanlara qədər Azərbaycan prezidentinin kürəkəni yəhudi idi. Bu münasibət nəticəsində Bakı bir çox həyati sahələrdə öz taleyini sionist rejimə bağlayıb.
Məşriq: Azərbaycanın qarşıdurma münasibəti siyasidir, yoxsa dini?
Heşməti: Azərbaycan Respublikası hökumətinin cəbhələşmə siyasəti təkcə İrana qarşı deyil, həm də əksəriyyəti şiə olan öz xalqına qarşı yönəlib. Bu anti-İran, anti-şiə siyasət kənarında bir yəhudipərəstlik müşahidə olunur. Bəzi ekspertlərin təbirincə, Bakı Tel-Əvivin əlində mum kimidir. İsrail Bakını öz mənafelərinə uyğun olaraq istənilən formaya sala bilir. İranın Azərbaycan siyasətlərində zəif nöqtələr olsa belə Bakının İsrailə yaxınlaşmasını bu zəif nöqtələrdə yox, Bakının Tel-Əvivə sevgisində axtarmaq lazımdır.
Məşriq: Nə üçün əhalisinin əksəriyyəti şiə olan Azərbaycanda sionist siyasətlərə etiraz edilmir?
Heşməti: Bu sualı cavablandırmaq üçün Azərbaycanın müstəqillikdən sonrakı daxili vəziyyətinə baxmaq lazımdır. Azərbaycanda bir zaman Qarabağ müharibəsi kənara qoyuldu, ölkə hakimiyyət uğrunda daxili müharibə meydanına çevrildi. Bu daxili müharibənin nəticəsində Azərbaycan cəbhədə mövqelərini itirdi, separatçı ermənilər ölkə daxilində hakimiyyət savaşından istifadə edib Azərbaycan torpaqlarına sahib oldu. Heydər Əliyev hakimiyyətə gələndən sonra Azərbaycan xalqı keçmişlə müqayisədə sabitlik və təhlükəsizlikdən bəhrələndi. Bu gün Əliyev hakimiyyətinə qarşı etirazların olmamasının bir səbəbi keçmişdə daxili müharibə ilə bağlı acı xatirə və həmin durumun təkrarlanması qorxusudur.
Azərbaycanın tanınmış ekspertləri, o cümlədən Zərdüşt Əlizadə iddia edirlər ki, Bakıda hakimiyyət savaşı Heydər Əliyevin öz planı idi. Bu iddiaya əsasən, Əliyev hakimiyyətə qayıdış üçün zəmin hazırlayırdı. Hər halda bu daxili savaş Azərbaycan xalqı üçün acı xatirədir və həmin günlərdən uzun zaman ötməyib. Əksəriyyət həmin günləri xatırlayır. Bu xatirələr xalqın zülmə qarşı etirazına mane olur. Xalq ölkədə asayiş, sabitlik naminə zülmə dözür. Digər tərəfdən İlham Əliyev və başqa dövlət rəsmiləri xalqa həmin günləri xatırladır, həmin günlərin geri qayıdışı ilə bağlı xəbərdarlıq edir.
Azərbaycan xalqının hakimiyyətin zülmlərinə susmasının başqa bir səbəbi hakimiyyətin qəddar siyasətidir. Bu barədə beynəlxalq təşkilatların məruzələrində də məlumatlar yer alıb. Doğrudan da rəsmi Bakı xalqa qarşı qəddar siyasət yürüdür. Hakimiyyətin siyasətlərinə, xüsusi ilə sionist rejimlə rabitələrinə kiçik etiraz ən amansız şəkildə cavablandırılır. Hazırda sionist rejimin əksər müxalifləri həbsdədir. Amma Heydər Əliyevin zamanında müəyyən həddə söz azadlığı vardı. İlham Əliyev hakimiyyətə gələndən sonra bu azadlıq aradan qalxıb, ölkədə müxalif media qurumu qalmayıb.
Yalnız xaricdən idarə olunan bəzi internet saytları tənqidi çıxışlar edə bilir. Azərbaycanda bu saytlara giriş məhdudlaşdırılır, onları xüsusi proqramlarla izləmək mümkündür. Bəzi müxalif dini saytlar isə bağlanmaq qorxusu ilə hakimiyyətin siyasətlərindən yazmır. Çox ehtiyatla hazırlanmış xəbər şəklində hansısa məlumatlarla rastlaşmaq olar. Mətbuat üzərində ciddi senzura var. Senzura səbəbindən Dünya Birliyi ölkədəki hadisələrdən xəbərsiz qalır və ya qismən xəbər tutur. Bu Bakı dövlətini həvəsləndirir və hakimiyyət təzyiqlərini daha da artırır. Hazırda Azərbaycan Respublikasında ən kiçik müxalif addım ən qəddar şəkildə cavablandırılır. Hakimiyyətin bu təzyiqləri nə daxili, nə xarici mediada işıqlandırılır. Məsələn, 2015-ci ildə 8 min əhalisi olan Nardaran qəsəbəsinə qarşı 10 min nəfərlik polis və təhlükəsizlik qüvvəsindən istifadə olundu. Hadisələr başa çatandan sonra bu qüvvələr bir ilə qədər qəsəbədə saxlanıldı. Hazırda da Nardaran tam nəzarət altındadır. Nardaran hadisələri şiələrə qarşı təzyiqə həssas olan İranda belə lazımınca işıqlandırılmayıb.
Azərbaycan Respublikasında baş verən hadisələrin işıqlandırılmamasının səbəblərindən biri həqiqəti bəyan edən informasiya şəbəkələrinin bağlanmasıdır. Hazırda Azərbaycanda bir müstəqil media qurumu yoxdur. Bütün informasiya vasitələri dövlətin nəzarəti altında fəaliyyət göstərir. BBC kimi Qərb şəbəkəsi İngiltərənin BP şirkətinin neft sənayesindəki mənafelərinə xatir dövlət siyasətlərinə qarşı səsini çıxarmır. Bu durum dünyadakı müstəqil media qurumlarının məsuliyyətini ikiqat artırır.
Məşriq: Azərbaycanın İrana qarşı iddiaları nə dərəcədə həqiqətə uyğundur?
Heşməti: Bakıda bəzi çevrələrin iddialarının əksinə olaraq İrandan Azərbaycana qarşı heç bir təhlükə yoxdur. İran Azərbaycanın inkişafını öz inkişafı sayır. Müşahidə etdik ki, İran İslam Respublikasının prezidenti Davos Forumu haşiyəsində azərbaycanlı həmkarı ilə görüşdü və söhbət gedişində doktor Ruhani İlham Əliyevi əmin etdi ki, İran tərəfindən Azərbaycana qarşı heç bir təhlükə yoxdur.
Tehran əvvəllər də Azərbaycana qarşı olmadığını əməldə sübuta yetirib. Azərbaycan İrana qarşı ən böhranlı durum yaradanda belə İran iqtidarlı olduğu halda buna reaksiya verməyib, adekvat addımdan çəkinib. Son 4 ildə Tehranın Bakıya qardaş münasibətinə baxmayaraq, Bakı-Tel-Əviv münasibətləri təsəvvürə gəlməyən həddə genişlənib. Aydın olur ki, Tehranın güzəştləri Bakının sionist rejimə meylinə təsirsiz olub.
Məşriq: İranın Qarabağ konfliktinə münasibəti Azərbaycan-İsrail münasibətlərinə necə təsir göstərib?
Heşməti: Azərbaycan Respublikasının İrana qarşı soyuq münasibətinə dəlil göstərilən ən böyük yalan İranın Qarabağ savaşında separatçı erməniləri dəstəkləməsidir. Guya Bakı İranın ermənilərə dəstəyinə görə Tehrana etimad göstərmir. Hansı ki, mövcud sənədlərə əsasən İran Qarabağ müharibəsində Azərbaycana heç bir yardımını əsirgəməyib. SEPAH-ın sabiq komandanı Möhsin Rezai Ərdəbildə verdiyi bir müsahibədə bu mövzuya açıq münasibət sərgiləyib.
Hətta Qarabağ müharibəsində Azərbaycan tərəfi separatçı ermənilər tərəfindən təhlükə ilə üzləşdikdə İran əməli addım atıb. Bundan əlavə Tehranın Qarabağ müharibəsində Azərbaycan Respublikasına hərtərəfli yardımını təsdiqləyən sənədlər var. Bakı hələ də İrana 40 milyon dollar borcunu ödəməyib.
Qarabağ müharibəsi ilə bağlı diqqət yetiriləsi və Bakının üzərindən sükutla keçdiyi mövzu strateji Şuşa şəhərinin Ermənistana satılmasıdır. Şuşanın satılması ilə bağlı sənədlər Azərbaycanın siyasi fəalları tərəfindən xaricdə işıqlandırılıb və hazırda əlimizdədir. Bakının bu sahədə İrana qarşı ittihamları diqqəti yayındırmaqdan başqa bir şey deyil. Ötən illərdə internet şəbəkələrində bir video material paylaşılıb. Bu materialda Azərbaycan hərbi qüvvələrinin Qarabağ savaşında İran hərbçiləri tərəfindən təlimi görüntülənir. Bu mövzuda başqa sənədlər də var. Əslində separatçı ermənilərə sionist rejim hərbi kömək göstərib. Müharibə gedişində ermənilərdən götürülən silahlar İsrailin ermənilərə silah yardımını təsdiqləyir. Bakı isə Tehranın sükutundan sui-istifadə edir, İranı borclu çıxarır. İnformasiya şəbəkələri Azərbaycan Respublikasının İrana qarşı haqsız ittihamlarını ifşa etməli, İrana qarşı haqsızlıqları işıqlandırmalıdır. Əslində bu addım ifşa yox, həqiqətin işıqlandırılmasıdır.
Əlimizdə bir çox sənədlər var ki, bu günə qədər işıqlandırılmayıb. Bir filmdə Heydər Əliyev deyir ki, Tehranın köməkləri olmasaydı Naxçıvan humanitar faciə ilə üzləşərdi. Bu gün bu etirafın da üzərindən sükutla keçirik.
İranın Qarabağ müharibəsində Ermənistana yardım göstərməsi böhtanı iki dövlət arasında narazılıq yaratmaqla yanaşı Azərbaycan xalqında İrana qarşı mənfi münasibət formalaşdırıb. Azərbaycanda tarix dərsliklərinə nəzər saldıqda görürük ki, İran təcavüzkar, işğalçı, qəsbkar adlandırılır. Belə görünür ki, Azərbaycan dövləti sionist rejimlə əl-ələ verərək, təhsilə başlayan uşaqları İrana nifrət ruhunda tərbiyə edir.
Məşriq: İrandakı şiəliklə Azərbaycandakı şiəlik arasında hansısa fərqlər mövcuddurmu?
Heşməti: Bəzi çevrələrdə belə təlqin olunur ki, Azərbaycan Respublikası əhalisinin əksəriyyəti şiə olsa da, onların şiəliyi İran xalqının şiəliyindən fərqlənir. Bu yanlış təsəvvürdür. Doğrudur ki, laik Azərbaycan dövləti və şiə məzhəbinin rəsmi təmsilçisi olan Qafqaz Müsəlmanları İdarəsi şiəliyi laiklik və heydərçilik prizmasından təqdim edir. Amma cəmiyyət, xüsusi ilə şiə dindarlar öz əqidə və əməllərində İran şiələrindən fərqlənmir. Elə buna görə də laik Azərbaycan hökuməti şiəliyi təhrif etməklə iki xalqı bir-birindən ayrı salmaq istəyir. Bu gün Azərbaycanda dərs kitablarında belə bir iddia ilə rastlaşırıq ki, şiəlik İslamda təfriqə amili olub.
2003-cü ildə prezident seçkiləri, 2005-ci ildə Parlament seçkilərində aydın oldu ki, Azərbaycanın siyasi həyatında islamçıların xüsusi çəkisi var. Bunun ardınca rəsmi Bakı sionist təlimatçıların tövsiyələri əsasında şiəliyin zəiflədilməsi istiqamətində addımlarını gücləndirdi.
Məşriq: Tehran ticarət mübadilələrini artırmaq üçün ardıcıl şəkildə Bakıya müraciət etsə də, iki ölkə arasında ticarət mübadiləsi 500 milyon dolları aşmır. Nə üçün?
Doktor Kazimi: Çünki Amerika və sionist rejim Azərbaycana nüfuz edib, İranla Azərbaycan arasında ticarət mübadilələrinin səviyyəsinə nəzarət edilir. Başqa sözlə, bu səviyyə 500 milyon dolları aşmamalıdır! Son aylarda iqtisadi münasibətlərdə müəyyən dəyişikliklər nəzərə çarpırsa, bunun bir səbəbi Bakının enerji sahəsində problemlərlə üzləşməsi, büdcəsinin azalmasıdır.
Belə bir baxış da var ki, düşmənlər “bərcam”dan sonra İrana iqtisadi nüfuz üçün ciddi çalışırlar. Ayətullah Xamenei də bu barədə xəbərdarlıq edib. Gözləməməliyik ki, həmin nüfuz İranla açıq dartışmada olan ölkələr tərəfindən baş verəcək. Belə olsa İran sərt mövqe sərgiləyər. Bu nüfuzun başqa kanallarla reallaşması planlaşdırıla bilər. Elə bir kanal ki, bizim üçün gözlənilməz olar. Biz həmişə Azərbaycanla iqtisadi mübadilələrin azlığına etiraz etmişik. Uzun illər İrana münasibətdə fərqli siyasət yürüdən Azərbaycanın indiki şəraitdə iqtisadi mübadilələri artırmaq istəməsi müəyyən ehtimallara əsas verir.
Sonda belə bir nöqtə üzərində dayanmaq lazım gəlir ki, İran mediasının öz xəbər və təhlillərində Azərbaycanda və Qafqazdakı hadisələrə geniş yer verməsi zəruridir.
Bizə vaxt ayırdığınız üçün təşəkkür edirik.