«(Ya Rəsulum!) Allahı zalımların etdikləri əməllərdən əsla qafil sanma! (Allah) onların cəzasını yubadıb elə bir günə saxlayar ki, həmin gün gözləri hədəqəsindən çıxar». (İbrahim surəsi 42)
Arannews-nur-az.com:Bütün müsəlman aləmində, İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) və Vilayət səmasının altıncı günəşi, İmam Sadiqin (əleyhissalam) təvəllüdünü bayram sevinci kimi tutduğu bir gündə, Vətənimizdə, İslam düşmənlərinin sifarişi ilə müxtəlif şər və böhtanlarla həbs olunmuş, günahsız din xadimləri və mömin qardaşlarımız Hacı Zülfüqar Mikayılov, Elman Ağayev, Faiq Allahverdiyev, Əli Hüseynov, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyadov, Elxan Həsənov, Ramil Seyfullayev, Mübariz İbrahimov, Ruzi İsmayılov və Cabir Əliyevin müxtəlif müddətdə azadlıqdan məhrum olunması hökmünün oxunması, bütün Quran və Əhli-Beyt (əleyhimussalam) sevərlərin qəzəbinə səbəb oldu.
Öz müsəlman xalqının mübariz din xadimi və inanclılarına qarşı repressiyalara strat verən iqtidar, müsəlman xalqımızın gözündə bir daha aşağa düşdü və bir daha sübut olundu ki, bu hakimiyyətdən, müsəlman xalqımızın gələcəyinə mənəvi və maddi cəhətdən ağır zərbələr vurmasından başqa bir şey intizar yoxdur.
Bu əsasla, Hicab və Hicab Qadağası Məhbuslarını MÜDAFİƏ KOMİTƏSİNİ iqtidarın artıq bütün bu repressiyalara son qoymasını tələb edir və Haqq sözü deyib, Haqqı müdafiə edən bütün din xadimlərimiz və inanclılarımızın dərhal azad olunmasını tələb edir.
Hicab və Hicab Qadağası Məhbuslarını
MÜDAFİƏ KOMİTƏSİ
09\12\2017