Bu barədə baş redaktor özü məlumat verib
Arannews:islamazeri.az-istinadən xəbər-İki gün əvvəl Türkiyədən Bakıya qayıdarkən Heydər Əliyev adına hava limanında saxlanılan İslamazeri.com portalının baş redaktoru Ramin Bayramov sərbəst buraxılıb. Bu barədə baş redaktor özü məlumat verib.Qeyd edək ki, Ramin Bayramov Türkiyədə ali təhsil alır və bir həftə əvvəl semestr imtahanlarında iştirak etmək üçün İstanbula getmişdi. Qayıdarkən hava limanında ölkəyə girişinə qadağa olması səbəb gətirilərək saxlanmışdı