Tarix : 2017 Dec 11
Kod 53695

`A` planı: Qüds Fələstinin paytaxtı elan edilə bilər

Selvi diplomatiya yolu ilə nəticə əldə edilməsə, Şərqi Qüdsün Fələstinin paytaxtı elan edilə biləcəyini yazıb.
Arannews-FaktXəbər-in məlumatına görə, Selvi yazısında belə qeyd edir:
"Ankara Qüds məsələsində hisslərini kənara qoyub, diplomatiyanı qabağa verdi. Prezident Ərdoğan liderlərlə danışır. Mümkün qədər ən geniş koalisiya yaratmağa çalışır. Çünki Qüds qərarı böyük planın bir hissəsi kimi görünür. 1948-ci ildə İsrailin yaradılmasından sonrakı ən mühüm addım kimi qiymətləndirilir. Sadəcə, bu qərarla kifayətlənməyəcəyi, davamının gələcəyi güman edilir. Ankaranın bir yol xəritəsi var. Ancaq bunun Türkiyənin fəaliyyət planı kimi deyil, beynəlxalq əməkdaşlıq nəticəsində qəbul olunmuş qərarlar kimi ortaya çıxmasını təmin etməyə çalışır. Fransadan Rusiyaya, oradan İslam Əməkdaşlıq Təşkilatına qədər geniş arealda bu qərarların müzakirə edilib, beynəlxalq xarakter almasına qayğı göstərilir. Ən düzgün olanı da budur. Əks halda, İsraillə diplomatik münasibətlərin kəsilməsindən Şərqi Qüdsün Fələstinin paytaxtı elan edilməsinə qədər bəzi qərarlar verilə bilər. Onsuz da beynəlxalq şərait yaradılmasa, Türkiyə öz sanksiyalarını açıqlayacaq. Ancaq o A planı deyil, B planıdır.

  • Yazılıb
  • da (də) 2017 Dec 11
  • Göndərən مدير سايت Aran News