Tarix : 2017 Dec 11
Kod 53696

“İslam Vəhdəti və Ədalətli Cəmiyyət” adlı konfrans

Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatı və Azərbaycan Ziyalılar Birliyi “İslam Vəhdəti və Ədalətli Cəmiyyət” adlı konfrans keçirib.

Arannews- FaktXeber.com  istinadla bildirir ki, konfransda ölkənin tanınmış ictimai-siyasi xadimləri, təşkilat rəhbərləri, ruhani alimləri, eləcə də ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Qarabağ Uğrunda  İslami Müqavimət Hərəkatının rəhbəri Rövşən Əhmədli Peyğəmbərin mövludu ilə əlaqədar bayram həftəsinin sonunda ABŞ prezidenti Donald Tramp müqəddəs Qüds şəhərini sionist İsrailin paytaxtı elan etməklə İslam dünyasının sevincinə mane olmasından təəssüfünü bildirdi. Bundan başqa Azərbaycanda “İslam Həmrəylik İli” elan edilməsinə baxmayaraq, 100-dən artıq inanclı həbslərə atıldığını xatırlatdı.

Daha sonra çıxış edən Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev ölkədə inanclı kəsimə qarşı baş qaldıran represiyalara diqqət çəkib, AİP lideri Doktor Mövsüm Səmədova, ruhani alim Sərdar Hacıhəsənliyə  qarşı olan qərəzli mövqeyi, Nardaran hadisələri zamanı həbsə atılan Zülfüqar Mikayılzadə və Elman Ağayevə qarşı çıxarılan ağır hökmü xatırladıb.

Azərbaycan İslam Partiyasının sədr əvəzi, ruhani alim Hacı İlham Əliyev Mövsüm Səmədovun məhkəməsinin tam sifarişli məsləhətləşmələr əsasında aparıldığını vurğulayıb və verilən qərarı gülünc adlandırıb. Hacı İlham Əliyev həmçinin Nardaran hadisələri zamanı həbs edilən şəxslərə qarşı çıxarılan hökmdən təəssüfünü ifadə edib. 

Konfransda söz alan AİP-in Qadınlar Şurasının sədri Növrəstə İbrahimova Fələstini müsəlman dünyasının şah damarı adlandırıb və Trampın qərarını İslam dünyasına olan ən böyük həqarət kimi xarakterizə edib.

  • Yazılıb
  • da (də) 2017 Dec 11
  • Göndərən مدير سايت Aran News