Tarix : 2017 Dec 11
Kod 53697

`Biz Qüdsün adını qəlbimizə yazdıq` -

22 işğalçı İsrail əsgərinin qorxu ilə həbs etdiyi 14 yaşlı fələstinli gənc Fəvzi əl-Cunidinin intifadanın simvoluna çevrilib.
Arannews-Maide.Az “yenisafak” –a istinadən xəbər verir ki, həbs olunan gəncin əmisi Reşad El Cunidi bildirib ki, "Biz Fələstin uşaqlarıyıq. Uşaqlarımızın qəlbinə və ağlına Qüdsün Fələstinin paytaxtı olduğunu yazmışıq. Onu heç kəs silə bilməz”
 Fələstinli jurnalist Wisam Hashlamoun, New Dawn-a üçüncü İntifadanın simvoluna çevrilən fotoşəkil haqqında danışarkən  deyib ki, bu fotonun bir simvol olacağı mənim ağlıma belə gəlməmişdi. Düşündüyüm tək şey, işğalçı İsrailin uşaq, qadın, yaşlı olmasına baxmayaraq Fələstinlilərə qarşı tətbiq etdiyi zorakılığı nümayiş etdirmək idi. 
 Qeyd edək ki, Qüdsü müdafiə aksiyalarında İsrail əsgərinin bir neçə gün öncə həbs etdiyi şəxsdən biri olan gözləri və əli bağlı 14 yaşlı fələstinli Fəvzi əl-Cunidinin harada saxlanıldığı məlum olub.   
 "Anadolu" agentliyinin Qüds müxbirinin paylaşdığı məlumata əsasən, fələstinli uşaq İsrail rejiminin Beytullahim yaxınlığındakı hərbi həbsxanada saxlanılır.
  • Yazılıb
  • da (də) 2017 Dec 11
  • Göndərən مدير سايت Aran News