Tarix : 2017 Dec 11
Kod 53701

Qəzzədə ABŞ və İsrailə garşı kütləvi aksiya keçirilib

Qəzzə zolağında minlərlə fələstinli Fələstinin Azadlığı uğrunda Xalq Cəbhəsinin ABŞ prezidentinin Qüdsə qarşı qərarının pislənilməsi üçün çağırışına cavab olaraq aksiya keçirib.
Arannews-Fars xəbər agentliyinin verdiyi məlumata görə, Səma xəbər agentliyi bildirib ki, dünən axşam qabağı keçirilən Qəzzə aksiyasında iştirakçılar Amerikaya qarşı şüarlar səsləndirərək Amerikanın ərəb müşayiətçilərini də pisləyiblər və Qüdsün Fələstinin əbədi paytaxtı olaraq qalacağını vurğulayıblar. 
Bu aksiyada Amerika və sionist rejimin bayraqları eləcə də Donald Trampın müqəvvası yandırılıb və Səudiyyə vəliəhdi Məhəmməd Bin Salmanın və Səudiyyə kralı Salman Bin Əbdül-Əzizin şəkilləri cırılıb. 
Qəzzə aksiyasının iştirakçıları üzərində " Məhv olsun Ali-Səud" şüarı yazılmış plakatlar daşıyıblar.



  • Yazılıb
  • da (də) 2017 Dec 11
  • Göndərən مدير سايت Aran News