Tarix : 2017 Dec 11
Kod 53702

Netanyahu Qüdsdən danışıb Ərdoğana yönəldi

İsrail rejiminin baş naziri Benyamin Netanyahu bu gün Brüsseldə nəyanatlar səsləndirərək, ABŞ prezidenti Donald Trampın Qüds qərarı ilə əlaqədar məmnun olduqlarını bildirib və bu qərarın regionda sülh mühitinə zərər verməyəcəyini söyləyib. Netanyahu, "Trampın bu qərarı həqiqəti tanımaqdır", - deyib.

Arannews-FaktXəbər-in məlumatına görə, Netanyahu Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanı hədəf alaraq, "öz ölkəsində kürd kəndlərini bombalayan, jurnalistləri həbs edən, İrana qarşı beynəlxalq sanksiyaların yarılmasına yardım edən, Qəzza da daxil olmaqla başqa yerlərdə günahsız insanları öldürən terrorçulara dəstək verən bir liderdən əxlaq dərsi almağa öyrəşməmişəm", - deyə bildirib.
Qüdsün İsraili paytaxtı kimi tanınmasının sülhə yardım edəcəyini də söyləyən Netanyahu, fələstinlilərin İsrail dövlətini və paytaxt Qüdsü tanımağın vaxtı gəldiyini bildirib.
Avropa Birliyi ölkələrinin çoxunun Qüdsü İsrailin paytaxtı olaraq tanımasını gözlədiyini deyən Netanyahu, "hətta fələstinlilərlə sülh sazişi olmasa belə, bütün Avropa dövlətləri Qüdsü tanımalıdır", - deyə bildirib.
Suriyada döyüşən terrorçu qrupları açıq şəkildə dəstəkləməsinə baxmayaraq, Netanyahu öz sərhədlərini qoruduqlarını, İsrail kəşfiyyatının isə Avropa da daxil olmaqla onlarla yerdə terror hücumunun qarşısını aldığını söyləyib.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən verdiyi açıqlamada, "1947-ci ildən etibarən onsuz da Fələstin həmişə işğala məruz qalıb. İsrail işğalçı dövlətdir, İsrail terror dövlətidir. 14 yaşlı uşağı 20-yə yaxın israilli alçaq terrorçu nə hala gətiriblər. Bu nə vicdansızlıqdır, bu nə fahişəlikdir. Müsəlman sifəti olub, hələ də zalımların yanında yer alanların olması bizi çox incidir. Biz doğrunun, yaxşının razılığına uyğun olanın arxasınca gedəcəyik", - deyə qeyd etmişd

  • Yazılıb
  • da (də) 2017 Dec 11
  • Göndərən مدير سايت Aran News