Tarix : 2017 Dec 11
Kod 53703

“Azərbaycan hakimiyyəti Talış xalqına və ənənəvi İslama qarşı repressiyalar həyata keçirir” – İsmayıl Şabanov

Ekspert hesab edir ki, belə hərəkətlərlə rəsmi Bakı Vahabizm (Sələfilik) və Nursizim kimi radikal tendensiyaların yolunu təmizləyir.
Arannews-Mən Talışstandan pis xəbər aldım. Dekabrın 5-də Azərbaycanın hüquq-mühafizə orqanları günün günorta çağı Talış millətinin fəalı, karikaturaçı rəssam və blogger Mətləb Dadaşovu qeyri-qanuni olaraq saxlamış və naməlum istiqamətə aparmışlar. Bu gün isə ictimaiyyət daha bir bəd xəbər almışdır. Azərbaycanda müsəlmanlar üçün əziz bir dönəmdə, Məhəmməd Peyğəmbərin (s) doğum günündə səkkiz şiə dini liderinə üzun müddətə azadlıqdan məhrumetmə cəzası çıxarılmışdır. Saxta ittihamlarla ruhani liderlər uzun müddətə (hər birinə 12 ildən 17 ilə qədər) həbs cəzasına məhkum edilmişlər. Onların arasında Zülfüqar Mikailzade, Elman Ağayev, Ruzi İsmayılov, Faiq Allahverdiyev Elxan Həsənov, Sabir Əliyev kimi nüfuzlu mənəvi liderlər vardır.
Bu fakt bir daha nümayiş etdirir ki, Əliyev rejimi nəinki bu dövlətin köklü xalqına, həm də bu ölkədə əsrlər boyu yaşanan İslam dininə qarşı müharibə elan edib. Belə hərəkətlərlə Azərbaycan hakimiyyəti Vahabizm (Sələfilik) və Nurçuluq kimi dini-radikal cərəyanlara yol açır. Biz bunu təkcə Azərbaycanın yerli xalqlarına deyil, həm də region ölkələrinə çağırış kimi qiymətləndiririk. Biz hesab edirik ki, Talış milli fəalı Mətləb Dadaşova və şiə dini liderlərə (yeri gəlmişkən onlra da etnik mənsubiyyət baxımından talışdırlar) qarşı Azərbaycan iqtidarının qanundan kənara və həyasız hərəkətlərini təsadüfi deyil və ” сакрал ” addım hesab edirəm.
-Mətləb Dadaşovun həbsinin səbəbi bir mənalı olaraq onun siyasi baxışları və Talış milli hərəkatı çərçivəsində onun fəal ictimai fəaliyyətidir. Mətləb Dadaşov uzun illərdir ki, talış millətinin dirçəlişi, talış milli mədəniyyətin qorunması istiqamətində çalışır və Talyshistanın demoqrafiyasının zorla dəyişdirilməsinə və regionda pantürkçülüyün süni şəkildə becərilməsinə qarşı mübarizə aparırdı.
Azərbaycanda talış milli düşüncənin yüksəlişi fonunda Mətləb Dadaşovun həbsi və şiə islam liderlərinə oxunan qeyri-adekvat hökm bir daha Azərbaycan hökümətinin talış xalqına və o cümlədən ənənəvi İslama dözümsüzlüyünü nümayiş etdirir. Gürünür rəsmi Bakı regionun ənənəvi dinini sıxışdırmaqla yanaşı, həm də yerli xalqları sıradan çıxartmaq kursundan əl çəkmək niyyətində deyildir.
Çox güman ki, Əliyev rejimi sona qədər getmək fikrindədir və onlar bütün ölkə boyu panturkizmi əkmək fikrindədirlər. Lakin avtoritar rejimin assimilyasiya-represiya maşının gündən-günə güclənməsi talışların milli özünüdərkin və ənənəvi islamın ölkədə çiçəklənməsinin qarşısını ala bilməz. Əksinə hökümətin aqressiv hərəkətləri prosesi bir az sürətləndirəcəkdir.
Bu gün Talış xalqı təkbaşına pantürkizm idealogiyasıla silahlanan ağır dağıdıcı gücə malik represiya aparatı ilə üzbəüz dayınıb. Bununla əlaqədar olaraq mən dünya xalqlarına və dövlətlərinə müraciət edərək bildirirəm ki, talış xalqının problemlərinə diqqətlərini artırsınlar və talış milli fəalı Mətləb Dadaşovun və qanunsuz məhkum edilən dini liderlərimizin azad edilməsinə yardımçı olsunlar

  • Yazılıb
  • da (də) 2017 Dec 11
  • Göndərən مدير سايت Aran News