Tarix : 2017 Dec 12
Kod 53705

Müqtəda Sədr: "Silahları təhvil verin"

İŞİD-in süqutundan sonra Müqtəda Sədr nəzarətində olan “Səraya-Səlam” hərbi briqadasına əmr verib ki, əlində olan silahı İraq Ordusuna təhvil versin.
Arannews-İslamazeri.com bu barədə İslaminSesi.info-ya istinadla xəbər verir.
İraqda Sədr siyasi fraksiyasının lideri din alimi Müqtəda Sədr İŞİD-ə qarşı zəfər münasibətilə çıxış edib.
Sədr, çıxışı zamanı nəzarətində olan “Səraya-Səlam” (İŞİD-ə qarşı döyüşən haşdu-Şabi –nin bir qolu) hərbi briqadasının silahlarının İraq hökumətinə təhvil verəcəyini bildirib.
Sədr həmçinin İraq hökumətindən tələb edib ki, “Səraya-Səlam”ın bəzi üzvlərini İraq Ordusu və təhlükəsizlik qurumlarına qatsın, yaralıların sağalması və şəhid ailələrinə kompnsasiyaların ödənilməsini təmin etsin.
Sədr nəzarətində olan “Səraya-Səlam”ın bəzi bölüklərinin yalnız Samirra və ətrafında qalacağını bildirib.
“Səraya-Səlam”, din aliminin 2005-2009- cu illərdə tabeçiliyində olan və ABŞ qüvvələrinə və eləcə də İraq hökuməti qüvələri ilə vuruşan “Ceyşul-Məhdi” hərbi briqadasının yeni formatı hesab edilir.
Sədr bundan öncə tələb etmişdi ki İŞİD-in işi bitəcəyi təqdirdə Haşdu-Şabi ləğv ediləcək və onun nizam-intizamlı qüvvələri İraq təhlükəsizlik qüvvələrinə əlavə ediləcək.

  • Yazılıb
  • da (də) 2017 Dec 12
  • Göndərən مدير سايت Aran News