Tarix : 2017 Dec 12
Kod 53706

Əsaibu Əhli Əl-Həqqin Amerikanın Fətiləsn əleyhinə hərəkəti qarşısında mövqei

İraqın “Əsaibu Əhli Əl-Həqq” hərəkatının sözçüsü Nəim əl-Ubudi “Əl-Sumaria” televiziya kanalına verdiyi açıqlamasında Trampın Amerikanın səfirliyini Təl-Əvivdən Qüdsə köçürəcəyi və Qüdsü sionist rejimin paytaxtı elan etməsinə münasibət bildirərək deyi
Arannews-İraqın “Əsaibu Əhli Əl-Həqq” hərəkatının sözçüsü Nəim əl-Ubudi “Əl-Sumaria” televiziya kanalına verdiyi açıqlamasında Trampın Amerikanın səfirliyini Təl-Əvivdən Qüdsə köçürəcəyi və Qüdsü sionist rejimin paytaxtı elan etməsinə münasibət bildirərək deyib: “Trampın bu hərəkəti bir sıra ərəb dövlətlərinin köməyi ilə mümkün olub. Çox təəssüflər olsun ki, bu ölkələr ərəb və İslam aləminə xəyanət etdilər. Onların köməyi olmadan Tramp belə bir addımı ata bilməzdi. 
Regionda baş verənlər, o cümlədən Əl-Qaidə və İŞİD-in zühuru, regionda baş verən müharibələr hamısı sionist rejimin maraqlarına xidmət edib. Ona görə də İraqın bütün müqavimət qruplarının və İraq dövlətinin bu hərəkətlərə qarşı mövqei daim şəffaf və açıq olmuşdur”.
İsrail və Amerikanın regiondakı maraqlarını və onların indiyə qədər izlədiyi planları, həyata keçirdikləri əməlləri geniş şərh edən Əl-Ubudi bütün müqavimət qüvvələrinin ABŞ və sionist rejimə qarşı birləşəcəyinə ümidvar olduğunu deyib və Əsaibu Əhli Əl-Həqq hərəkatının mövqeini belə açıqlayıb: “Hal-hazırda bütün variantlar stol üzərindədir. Xüsusilə də indi sionistlərin işğalı altında olan Fələstin əraziləri hər tərəfdən müqavimət qüvvələrinin mühasirəsində və hədəfindədir. Ona görə də Amerika və sionist rejim öz hərəkətindən geri çəkilməsə onlara qarşı bütün variantlar həyata keçə bilər. Əsasən də hərbi variant. Yaxın günlərdə regionda vəziyyətin daha da gərginləşəcəyi gözlənilir”.


  • Yazılıb
  • da (də) 2017 Dec 12
  • Göndərən مدير سايت Aran News