Gürcüstanın və Odessanın sabiq rəhbəri Mixail Saakaşvili bu gün barəsində keçirilən məhkəmədə Gürcüstan və Ukraynanın himnini oxuyub.
Arannews-İslamazeri.com AzVision.az-a istinadən xəbər verir ki, Saakaşvili yenidən həbsxanaya qayıdacağı təqdirdə aclıq aksiyasını davam etdirəcəyini bəyan edib.Eks-prezident, həmçinin özünü əsir götürülən əsgər kimi hiss etdiyini deyib:
“Mən qorxmuram. Prezidentin necə ola biləcəyini göstərdim və prezidentin necə ölə biləcəyini də göstərəcəyəm. Onlar məni həbsxanaya qaytarsalar, sona qədər aclığa davam edəcəyəm. Ancaq hər kəs bu qətlin kimin törətdiyini biləcək”