Tarix : 2017 Dec 12
Kod 53711

Özbəkistanda ilk islami online radio fəaliyyətə başlayıb

Özbəkistanda ilk dəfə olaraq online rejimdə islami radio açılıb.
Arannews-Maide.Az  “islam-today” saytına istinadən xəbər verir ki, radionun efirində  Quranın düzgün oxunuşu,  hədislər və ayələrin təfsiri  barədə dinləyicilərə məlumat veriləcək. Eyni zamanda  aparıcılar radioya dinləyicilərinin şəri suallarını  cavablandırmaq üçün ölkənin  tanınmış ruhanilərini  dəvət edəcəklər.
 Radionun təsisçisi olan  AzonFM  gələcəkdə  online-televiziyanın da  yaradılmasını planlaşdırır.  
  • Yazılıb
  • da (də) 2017 Dec 12
  • Göndərən مدير سايت Aran News