Tarix : 2017 Dec 12
Kod 53712

Azərbaycanın “AFN” internet saytı SSRİ-yə bağlı separatçı qrupu dəstəkləyib

Azərbaycanın “AFN” internet saytı 21 azər astanasında SSRİ hökumətinə bağlı separatçı qrup olan Azərbaycan Demokratik Firqəsinin 21 azər 1325-ci ildə dağılması ilə bağlı məqalə dərc edib və bu firqənin hərəkətini 20-ci əsrdə “Cənubi Azərbaycan”ın milli azadlıq hərəkatının zirvəsi adlandırıb.
AranNews - Azərbaycanın “AFN” internet saytı “XX əsr Güney Azərbaycan milli azadlıq hərəkatının zirvəsi- 21 Azər” başlıqlı məqaləsinin birinci hissəsində yazıb: “Rza şah hakimiyyəti (1925- 1941) 20-ci əsr Güney Azərbaycan tarixinin ən dəhşətli, qaranlıq və zorakılıq illəri kimi yadda qalmışdır… İndi olduğu kimi həmin illərdə azərbaycanlılar iş axtarmaq, ailələrini dolandırmaq məqsədilə iş dalınca İranın iri şəhərlərinə getmək və ağır fiziki işlərdə çalışmaq məcburiyyətində qalmışlar”.
Azərbaycan-İsveç Federasiyası, idarə heyətinin üzvü Səadət Kəriminin qələmi ilə yazılmış məqalənin ikinci hissəsində “Azərbaycan Demokrat Firqəsi”nin yaranmasının tarixi izah olunur və bu qrupun başçısı Seyid Cəfər Pişəvəri milli qəhrəman kimi təqdim edilir.
Silsilə məqalənin 3-cü hissəsində SRİ-nin qırmızı ordusunun İranın şimal-qərb ərazilərini işğal etdiyi dövrdə Pişəvərinin Təbrizdə qondarma hökumətinin təşkil etməsindən (21 azər 1324), “milli hökumət” qurmasından söz açılıb, “Azərbaycan Demokrat Firqəsi”nin fəaliyyətləri İran Azərbaycanında əsl mənada mədəni inqilab adlanıb.
Məqalənin 4-cü hissəsində Azərbaycan Demokrat Firqəsinin dövründəki şəraiti formalaşdırmaq üçün təlaş edilərək yazılıb: “Azərbaycan milli höküməti ilə İran mərkəzi höküməti arasında imzalanan müqaviləyə əsasən İran höküməti 21 Azər hərəkatını Azərbaycan xalqının demokratik hərəkatı kimi tanıdı, Azərbaycan türkçəsini Azərbaycan üçün rəsmi dil olaraq qəbul etdi və Konstitusiyanın tələbləri əsasında bütün İranda demokratik dəyişikliklər edəcəyinə söz verdi”.
Məqalənin bu hissəsində 21 azər 1325-ci ildə İran ordusunun Təbrizdə yerləşməsini İran ordusu tərəfindən Təbrizin işğalı kimi qələmə verilmişdir.
Xatırladaq ki, Azərbaycan Demokrat Firqəsi 12 şəhrivər 1324-cü ildə (m. 1945-09-03) Sovetlər Birliyinin Mərkəzi Komitəsinin Təbrizdəki Siyasi Ofisinin gizli fərmanından 3 ay sonra yaranmış və SSRİ tərəfindən dəstəklənən siyasi partiyanın adıdır. Həqiqətdə bu partiya sovet hökumətinin İranın şimal-qərb bölgələrini işğal etmək planını icra etmək üçün yaratdığı siyasi təşkilat idi. Nəhayət, 21 azər 1325-ci ildə İran mərkəzi hökumətinin Təbrizə tərəf hərəkət etməsi ilə xarici dövlətə bağlı hökumətin ömrünə son qoydu. Bunun ardınca ADF ünsürlərinin və amillərinin çoxu, o cümlədən onun rəhbəri Seyid Cəfər Pişəvəri SSRİ-yə qaçdı. Deyilənlərə görə, Pişəvəri iki il sonra Bakıdan qıraqda qurulmuş avtomobil qəzası nəticəsində öldü.


  • Yazılıb
  • da (də) 2017 Dec 12
  • Göndərən مدير سايت Aran News