Tarix : 2017 Dec 12
Kod 53717

Növbəti əfv fərmanında hansı siyasi məhbuslar azad edilə bilər

2018-ci il Azərbaycanda prezident seçkiləri keçiriləcək. Bu səbəbdən də gələn il ölkədə seçki ili kimi qeyd olunacaq. Seçki ilində əfv sərəncamının imzalanıb-imzalanmayacağı isə ölkənin ictimai-siyasi sferasının maraq dairəsində olan bir məsələdir. Bununla yanaşı həbsdə olan siyasi və vicdan məhbuslarının, həmçinin inanclı kəsimin əfvə düşüb-düşməyəcəyi sual altındadır.

Arannews-İslaminSesi mövzunu hüquq müdafiəçisi Arzu Abdullayeva ilə müzakirə edib. Hüquq müdafiəçisi seçki ilində əfv sərəncamının imzalanacağının gözlənildiyini bildirib: “Lakin çoxlu sayda siyasi məhbusun azadlığa buraxılacağını güman etmirik. Bununla yanaşı həbsdə olan inanclı kəsimin nümayəndələrinin əfvə düşəcəyi də gözləniləndir. Bu əsasən Səid Dadaşbəyli ilə birgə həbs edilən inanclı kəsimin nümayəndələri ola bilər. Nardaran hadisələri zamanı həbs edilənlərin də əfvə düşməsi mümkündür. Lakin bu haqda tam dəqiq söz demək qeyri-mümkündür”.
Arzu abdullayevanın sözlərinə görə, əfv-lə bağlı adətən prezidentə müraciət olunur: “ Bu çoxdan qoyulan bir qaydadır. Qanunda isə sırf məhbusun özünün əfvlə bağlı müraciət etməli olduğu göstərilməyib. Lakin onun ailə üzvləri və dostları tərəfindən bu cür müraciətin edilməsi mümkündür”.
Hüquq müdafiəçisi qeyd edib ki, siyasi məhbuslardan kimlərin əfvə düşüb-düşməyəcəkləri bəlli deyil. Bu haqda yalnız ümid etmək mümkündür.
  • Yazılıb
  • da (də) 2017 Dec 12
  • Göndərən مدير سايت Aran News