Arannews:Rakurs.tv-istinadən xəbər-Azərbaycan xalqı sırf müsəlman olduğu üçün tarixdə bir neçə dəfə repressiyaya məruz qalmışdır. Bunlardan 1918-ci il 31 mart soyqırımı, 1937-ci il repressiyasını, 1990-cı il 20 Yanvar soyqırımı nümunə göstərə bilərik. Lakin 26 noyabr 2015-ci il tarixində Azərbaycanın paytaxtı Bakı şəhərinin Nardaran qəsəbəsində dinc əhaliyə qarşı edilən cinayət digər soyqırmlardan fərqli oldu. Fərq onda idi ki, bu zorakılıq hadisəsi “terrorizmin qarşısını almaq” adı ilə keçirildi. DİN BMCMİ-nin xüsusi əməliyyat qrupu olduqca naşı və kobud formada əliyalın sakinlərə qarşı qanunsuz əməliyyat keçirib, qarşılarına çıxanları güllələdi, 4 insanı amansızca öldürüldü, bir neçə nəfər şikəst edildi və 100-dən son günahsız vətəndaşa ağır həbs cəzası verildi.Bəli, bu hadisə soyqırım idi, özü də müsəlman soyqırımı. Bu hadisə “Nardaran hadisəsi” deyildi. Bu hadisə Azərbaycanın bütün bölgələrini əhatə edən genişmiqyaslı İslam əməliyyatı idi. Bu hadisənin adını məhdudlaşdıraraq “Nardaran” hadisəsi qoymaq baş verənlərin mahiyyətini cılızlaşdırmaqdır. Təsadüfi deyil ki, bu hadisədən bir neçə gün sonra Azərbaycanın müxtəlif bölgələrində onlarla ziyalı, alim və ruhani həbs edildi. Lənkəran, Gəncə, Masallı və digər zonaları misal göstərə bilərik. Nə idi bu ziyalıların günahı? Niyə onlara qarşı belə aqressiv davranılır? Səbəb nədir?
Səbəb çox sadədir: Bu ziyalılar və ruhanilər xüsusən Hacı Tale Bağırzadədə Azərbaycanda həqiqi islam təbliğ etmək istiqamətində fəaliyyət göstərirdi. XXI əsrdə - hər şeyin saxtalaşdırıldığı bir zamanda əfsus ki, imperailistlər Allahın dini olan İslamı da təhrif edilmiş formada insanlara sırımağı bacarıb. Məhz Hacı Tale Bağırzadə, Hacı Zülfüqar Mikayılzadə, Seyyid Elman Ağazadə və digər ruhani və ziyalılar xalqı maarifləndirərək, həqiqi İslam əhkamını və fəlsəfəsini təbliğ edirdilər. Bu ziyalılar cəmiyyətdə möminlərə, xüsusən hicablı xanımlara qarşı ikili standartlara son qoyulmasını, ölkədə Aşura mərasimlərinin sərbəst keçirilməsinə icazə verilməsini, İslam maarifinin düzgün aparılmasını, ölkəni cənginə alan korrupsiyanın ləğvini, məmur özbaşınalığının qarşısının alınmasını, iqtisadi-sosial problemlərin həllini və digər önəmli ictimai məsələləri gündəmə gətirmişdilər. Amma onlara “terrorist və mütəşəkkil dəstə" damğası vuruldu. Çox qəribədir. Qəribədir ona görə ki, əsl terrorist və cinayətkar bu dəyərli şəxsiyyətlərə bu adları qoyanların özləridir. Əsl terrorist və cinayətkar bu saf xalqa qarşı diktatura siyasətini yeridənlərdir. Əsl terrorist və xalq düşməni dinc vətəndaşın evinə daxil olub silah qoyan polislər, ölkədə hicabı qadağan edən məmurlar, məscidləri sökən vəzifəlilər, azanlara qadağa qoyan qüvvələrdir. Bu xalqı fitrəsindən, haqqdan, doğruluqdan, şərəfdən, ləyaqətdən, mənəviyyatdan, vicdandan uzaqlaşdıran qüvvələrdir əsl terroristlər.
Tarixdə hər zaman şahların və hökmdarların saraylarından “saray mollaları” mövcud olmuşdur. Məsələn, tarixdə İmam Hüseynin (ə) dindən çıxmasına və öldürülməsinə dair fətvanı Müaviyə hökumətinə xidmət edən din xadimi Şüreyh Qazi vermişdi.
Bəli. Bu gün də Şüreyh Qazilər mövcuddur. Məhz dövrün Şüreyh Qazilərinin əliylə yuxarıda adını çəkdiyim ziyalılara terrorist, ekstremist və yollarını azmış cinayətkar adları verdilər. Halbuki kimin həqiqi ziyalı, kiminsə din pərdəsi altında gizlənməsi birinci Allaha, sonra da Azərbaycan cəmiyyətinə tam məlumdur.
İkiüzlülük və haqqın-doğrunun arxasında gizlənmə siyasəti müasir dövrdə çox aktualdır. Xüsusən böyük imperialist qüvvələr və diktator ölkə rəhbərləri kütləni aldatmaq üçün riyakarlıq edirlər. Yəni, bir tərəfdən bəzi addımlar atırlar ki, haqqa xidmət etdikləri görüntüsü yaransın, digər tərəfdən isə öz mənfəətlərinə uyğun qaniçən siyasətlərini icra edirlər.
26 noyabr 2015-ci il qətliami bir neçə məsələni dəqiqləşdirdir. Bunlar aşağıdakılardır:
1. Bu hadisə bir daha təsdiqlədi ki, Azərbaycan hakimiyyəti İslam siyasətini özünəməxsus formada aparmaqdadır.
Yəni Həqiqi İslam dəyərlərinin məmləkətdə yayılmasına şərait yaratmır. İstəyir ki, bu məmləkətdə İslamın adı olsun, özü olmasın. Məhz bu səbəbdən İslamı mütiləşdirərək və konteksdən çıxararaq xalqa sırımaq arzusundadır. Ona görə də öz maraqlarına uyğun saray mollalarını ətrafına yığıb, yerdə qalanlara isə radikal damğası vurur. Bir sözlə İslam kimi əzəmətli dini təhrif edərək, haqqın qol-qanadlarını qırmaqdadırlar. İslamın namaz qədər əhəmiyyətli “yaxşılığa çağır, pislikdən çəkindir” prinsipini demək olar ki, kənarlaşdıraraq İslamı zəif, müdafiəsiz bir vəziyyətə gətiriblər. Halbuki İslamı izzətli edən onun "yaxşılığa dəvət, pis işlərdən çəkindirmək" əhkamıdır. Hətta dinin sütunu olan namazın mövcudluğu bu əhkama bağlıdır. Yəni ki, əgər müsəlmanla dəyərlərini müdafiə etməsələr, cəmiyyətdəki fəsadın qarşısını almağa cəhd etməsələr, nə namaz qalacaq, nə hicab, nə məscid, nə də ki əxlaq prinsipləri. Bu sözümüzün təsdiqini tarixdə də, müasir dövrdə də görməkdəyik. Belə ki, müasir Avropada “tolerantlıq və demokratiya” deyə-deyə cəmiyyətləri mənəvi tənəzzülə uğratmışlar. Buna görə də, artıq Avropa ölkələrində kişi kişiylə, qadın qadınla evlənir, normal ailələr dağılır, narkomaniya artır, bir sözlə insanlar şəxsiyyətsizliyə sövq olur.
2. Bu hadisə bir daha təsdiqlədi ki, Azərbaycanda polis zorakılığı pik həddədir.
Polis asayiş keşikçisi funksiyasını icra etməlidir. Əfsus ki, Azərbaycan polisi dinc vətəndaşlarına qarşı amansız davranmaqdadır. Hadisə zamanı polisin təsəvvüredilməz zorakı davranışları bir daha dediklərimizi təsdiq etdi.
3. Bu hadisə bir daha təsdiqlədi ki, ölkədə prokurorluq və Ədliyyə sistemi sifarişlə iş görürlər.
Baxmayaraq ki, bu hadisədə həbs olunanlara qondarma ittihamlar irəli sürülmüşdür, amma Prokurorluq və Ədliyyə orqanları bu qondarma cinayət işini ədalətlə araşdırmadılar.
Artıq bu hadisədən 2 il keçir. Bu iki il ərzində uduzan Azərbaycan hakimiyyəti, qalib olan isə möminlər, yəni İslam oldu. Bu iki il ərzində bu hadisəni ölkə gündəmində hətta müsəlman ölkələrinin gündəmində aktual bir mövzu kimi qaldı. Hakimiyyətin bu hadisəyə “terroru zərərsizləşdirmək” donu geyindirməsinə baxmayaraq, həqiqətin necə olduğunu bütün şüurlu və vicdanlı insanlar gördü. Əlbəttə, bu belə də olmalıydı. Çünki haqqı, islamı müdafiə edən Aləmlərin Rəbbi olan Allahdır. Bu gün bu hadisənin həqiqətini Allah insanlara çatdırdı. Necə ki, tarixdə İmam Hüseyni (ə) şəhid edənlər bu hadisənin nəticəsinin nə olacağını hesablaya bilməmişdilər. Onlar gördülər ki, İmam Hüseynin (ə) qanı onların diriliyindən daha baha başa gəldi. Bu gün də 26 noyabr 2015-ci il hadisəsində şəhid olan qardaşlarımızın qanı bu qətliamın gündəmdə qalmasına səbəb oldu və həqiqətləri ətrafa çatdırdı. Həmçinin zindanlarda olan ziyalı və ruhanilərin əziyyətləri xalqı ayıltdı və cəmiyyəti sağlam düşüncəyə məcbur etdi.
Əminəm ki, hakimiyyət 26 noyabr 2015-ci il faciəsini törətdiyinə görə peşmandır.
Digər tərəfdən 26 noyabr 2015-ci il faciəsi Azərbaycan cəmiyyətinin şanlı tarixinə bir zəfər günü kimi də düşdü. Çünki cəmiyyət bir daha idrak etdi ki, Azərbaycanda hələ də Həqiqi İslamı yaşadan ruhanilər, ziyalılar və möminlər vardı. Bu fədakar şəxslər haqq uğrunda hər şeylərindən keçməyə hazırdırlar. Əlbəttə gələcək nəsil də bu hadisədən ibrət götürərək öz həyatlarına düzgün istiqamət verəcəklər. Anlayacaqlar ki, islam-haqq onların əlinə asanlıqla gəlib çıxmamışdır.
“Həqiqətən biz öz peyğəmbərlərimizə və onlara iman gətirənlərə kömək edərik"