İran İslam Respublikası prezidenti ABŞ prezidentinin Qüdsü sionist rejimin paytaxtı tanımasının Fələstin və islam dünyasına qarşı nəhs plan olduğunu bildirərək bütün müsəlmanları və islam dünyasını bu nəhs plana qarşı birləşməyə çağırıb.
Arannews-Həsən Ruhani dünən Fələstini İslami Müqavimət Hərəkatı HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmail Həniyə ilə telefon danışığında deyib: Məzlum Fələstin xalqı və islam ümməti birlik, müqavimətlə bu amerikan-sionist planı məğlubiyyətə uğradacaqlar.
İran prezidenti Amerikanın təhqiramiz qərarları qarşısında müqavimətin Fələstin xalqı və bütün müsəlmanlar üçün önəmli sınaq olduğunu bildirərək deyib: Bütün fələstinli cərəyanlar tam birlik içində sionist rejim və Amerikaya qətiyyətli cavab verməlidirlər və islam dünyası da vahid səslə bu nəhs plan qarşısında dayanmalıdır.
Bu telefon danışığında İsmail Həniyə də ABŞ prezidentinin Qüdsü sionist rejimin paytaxtı tanımasını islam ümmətinin hüquqlarına açıq-aşkar təcavüz adlandırıb və deyib: Fələstin xalqı müqavimət göstərməklə İsrail və Amerikaya bu qərarı reallaşdırmaq icazəsi verməyəcəklər ona görə ki, Qüds Fələstinə və islam dünyasına aiddir