Tarix : 2017 Dec 13
Kod 53730

Ərəbistanı, Misir, BƏƏ İstanbulda keçirilən Qüds müzakirəsinə gəlmədi

İstanbulda İslam Əməkdaşlıq Təşkilatının fövqəladə iclası başlayıb.
Arannews:nur-az.com-istinadən xəbər-Təşkilatın əsas gündəm məsələsi Qüds böhranı olacaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın istəyi ilə keçirilən iclasda 16 ölkənin lideri, 3 ölkənin baş naziri, 1 ölkənin baş nazirinin müavini iştirak edəcək. İclasda iştirak edən ümumi dövlətlərin sayı 48 olacaq.
İƏT-in ümumi iclası Bakı vaxtı ilə saat 08:00-da başlayıb. Artıq təşkilatın iclasında iştirak üçün Azərbaycan, Şimali Kipr, Fələstin və İran prezidentləri, Qətər kralı İstanbula gedib. Bu gün Küveyt kralının da yaxın saatlarda İstanbula gəlməsi gözlənilir.
Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri, ümumilikdə, 9 islam ölkəsi hələlik görüşə qatılmaqla bağlı heç bir açıqlama verməyiblər.


  • Yazılıb
  • da (də) 2017 Dec 13
  • Göndərən مدير سايت Aran News