İstanbulda keçirilən Qüds zirvəsində Mahmud Abbas çıxış edib.
Arannews-İslaminSesi Sputnik-ə istinadən bildirir ki, Fələstin hökumətinin rəhbəri Mahmud Abbas Qüds böhranı çözülməsə Oslo daxil olmaqla bütün müqavilələrin ləğv olunacağını açıqlayıb. Qeyd edək ki, İİT-nın İstanbulda reallaşan Qüds zirvəsində 1993-1995-ci ildə imzalanan Oslo müaviəsinin ləğvindən söhbət açılıb. Mahmud Abbas daha da irəli gedərək bildirib ki, Oslodan bəri imzalanan bütün müavilələr qüvvədən düşə bilər. Daha sonra əlavə edib: "Bu qərarın ləğv olunması prossesinə başlayacayıq. Bu qərarın ləğv olunmasına və Fələsinin dövlət kimi BMT-ə üzv olmasına nail olacayıq."