Tarix : 2017 Dec 14
Kod 53741

DSX: Bu il dövlət sərhədini pozan 503 nəfər, axtarışda olan 4686 nəfər saxlanılıb

Bu il ərzində dövlət sərhədini pozduqlarına görə 503 nəfər, sərhədboyu rejim qaydalarını pozduqlarına görə 12 min 241 nəfər, axtarışda olan 4686 nəfər saxlanılıb.
Arannews-"İslaminSesi.info" xəbər verir ki, APA-nın məlumatına görə, bu barədə Dövlət Sərhəd Xidməti nin 2017-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində bildirilib.
Həmçinin 13 milyon 72 min manat dəyərində qaçaqmalın, 156 kiloqram 556,6 qram narkotik vasitənin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb.
ShareFacebookTwitterGoogle+LinkedInTumblrWhatsApp


  • Yazılıb
  • da (də) 2017 Dec 14
  • Göndərən مدير سايت Aran News