Tarix : 2017 Dec 14
Kod 53742

Qüdslə bağlı lazım gələrsə... - Ərdoğan

İƏT-in varlığı Qüdsün şərafəti və tarixi statusunun mövcudluğunun mühafizəsidir.
Arannews-nur-az.com-Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İƏT-in Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanımasından sonra bildirib.
"Bu gün də mənalı və həlledici bir toplantı keçirdik. Bu tarixi görüşlə bir daha Qüdsün sahibsiz olmadığını bütün dünyaya göstərdiyimizə inanıram. Vasitəçilik məsələsi üzərində dayanmağımız lazımdır. Lazım gələrsə, BMT-də bunu gündəmə gətirməyimiz lazımdır", - Ərdoğan vurğulayıb.
Qeyd edək ki, bu gün İƏT Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanıması barədə bəyanat yayıb.


  • Yazılıb
  • da (də) 2017 Dec 14
  • Göndərən مدير سايت Aran News