Proses dekabrın 22-də davam etdiriləcək
Arannews:islaminsesi.az- Bakı Ağır Cinayətlər Məhkəməsində “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın sədr müavini Elçin Qasımov, Nardaran hadisələri ilə bağlı saxlanılan Nahid Qəhrəmanov, Ağa-Əli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyevin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.“Report”un xəbərinə görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror çıxışında Elçin Qasımovun 16 il, Ağa-Əli Yəhyayevin 16 il, Nahid Qəhrəmanovun 14 il, Ramil Əliyevin 14 il, Elgün Axundovun 14 il, İsa İbrahimovun 14 il, Vüsal Alışın 13 il, Fərhad Muradovun 13 il, Seymur Aslanovun 13 il, Seyfəddin Şirvanovun 13 il, Əli Şahbazovun 13 il və Əmirli Əliyevin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib və onların hamısının ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsini tələb edib.
Proses dekabrın 22-də davam etdiriləcək.