Tarix : 2017 Dec 16
Kod 53752

TV direktoruna hökm oxundu

Kanal 13 internet televiziyasının direktoru Əziz Orucov barəsində cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Arannews:Rakurs.tv-istinadən xəbər-Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Əziz Orucov 6 il cəza alıb.
Qeyd edək ki, bundan əvvəlki prosesdə çıxış edən prokuror Əziz Orucovun 7 il müddətə azadlıqdan məhrum edilməsini təklif etmişdi.
Əziz Orucov Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə) və 308-ci (vəzifə saxtakarlığı) maddəsi ilə ittiham olunur.
Bu il iyulun 1-də onun barəsində cinayət işi başlanıb. İşi Baş Prokurorluğun Ağır Cinayətlər üzrə istintaq idarəsi araşdırıb.

  • Yazılıb
  • da (də) 2017 Dec 16
  • Göndərən مدير سايت Aran News