Tarix : 2017 Dec 16
Kod 53753

Siyavuş Novruzov jurnalisti təxribatçı adlandırdı

“Seçki Məcəlləsinin 179-cu (növbədənkənar prezident seçkilərinin keçirilməsi) maddəsində edilən dəyişiklik bəzi media orqanları tərəfindən yanlış təqdim edilib".
Arannews:rakurs.tv-istinadən xəbər-Moderator.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Seçki Məcəlləsinə təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı Siyavuş Novruzov deyib. Deputat bildirib ki, ölkədə növbədənkənar seçkilərin keçirilmə müddəti Konstitusiya ilə tənzimlənir. 
“Bunun üçün 60 gün müəyyən edilib. Bu müddət ərzində seçki keçirilməlidir. Məcəlləyə edilən dəyişiklik texniki xarakterlidi. Mətbuat orqanları bunu yanlış yazır. Bəziləri də deyir, gələn ilin martında növbədənkənar seçkilər keçirilir. Bunlar hamısı təxribatdır. Konstitusiya oxumaq lazımdır. Buna düzgün yanaşılmalıdır. Heç kəs prezidentin səlahiyyət müddətini azaltmağa hüququ yoxdur”.
 S.Novruzovun sözlərinə görə, ANS telekanalının keçmiş əməkdaşı, jurnalist Sevinc Osmanqızı ABŞ-da şayiə yayıb ki, guya Azərbaycanda mart ayında növbədənkənar prezident seçkiləri keçiriləcək: “Bu sırf təxribatdır. O, təxribatla məşğul olur”.


  • Yazılıb
  • da (də) 2017 Dec 16
  • Göndərən مدير سايت Aran News