Tarix : 2017 Dec 16
Kod 53757

Ayətullah Xamenei Ayətullah Sistanidən, Ayətullah Sistani Ayətullah Xameneidən danışdı

Ayətullah Sistani İraqda Ərbəin mərasiminin təşkilinə görə və İŞİD-ə qarşı fətvaya görə ona təşəkkür edən rəsmi nümayəndəyə, mənə deyil Ayətullah Xameneiyə dua edin, tövsiyəsi verib.
Arannews-İslamazeri.com xəbər verir ki, İslaminSesi.info bu barədə İraq mətbuatına istinadla xəbər verir.
 Ayətullah Xameneinin İraq üzrə nümayəndəsi Ayətullah Seyid Müctəba Hüseyni bu ilki Ərbəində İmam Hüseyn əleyhissalamın ziyarətçilərinə göstərdikləri böyük və misilsiz xidmətə görə özü və təşkilatının adından Ayətullah Sistaniyə təşəkkür etməyə getdiyi zaman belə bir hadisə ilə qarşılaşdığını deyib: "Ərbəin 2017 bitdikdən sonra gördüyümüz xidmətlər haqqında məlumat vermək üçün Ayətullah Sistaninin yanına getdim. Çox məmnun oldu. Ayrılarkən izn istəyib Ayətullah Sistaniyə "Allah ömrünüzü uzun etsin, başımızdan əskik etməsin, bəlalardan qorusun" -deyə dua etdikdə belə buyurdu: Mənə dua etməyin, Ayətullah Xameneiyə edin"
Eastnews.org-un verdiyi məlumata görə, İran İslam Respublikasının ali dini lideri Ayətullah Seyid Əli Xamenei İraq İslam Ali məclisinin bir qrup üzvüylə görüşüb.   Ayətullah Xamenei də onlara tövsiyə edərək, "Ali Şuranın əlində qiymətli bir cəvahirat var və ümid edirəm ki, onu qorumaq üçün əlinizdən gələni edəcəksiniz" , - deyə bildirib.  
İraqda mərcəiyyətin mövqeyinin əhəmiyyətinə toxunan Ayətullah Xamenei, "Ayətullah Seyid Əli Sistaninin qədrini bilin və onun nəsihətlərinə qulaq asın" , - deyə sözlərinə əlavə edib. 


  • Yazılıb
  • da (də) 2017 Dec 16
  • Göndərən مدير سايت Aran News