Arannews:Rakurs.tv-Publika.az xəbər verir ki, “Türk Hava Yolları” şirkətinin işçisi Səmra İbrahimi Həmzə məhkəmədə şahid qismində ifadə verib.Rza Zərrab 10 aprel 2013-cü ildə, onun yanında ikən “Xalqbank”ın keçmiş sədri Süleyman Aslanın köməkçisi Hakan Atillaya zəng vurub yanına çağırtdırdığını iddia etmişdi. Səmra İbrahimi isə həmin gündə Hakan Atillanın həyat yoldaşı və uşaqları ilə birlikdə İstanbuldan Barselonaya gedən təyyarədə olduğunu söyləyib. Stüardessa təyyarədə ikən sərnişinlərin telefonlarının söndürüldüyünü və buna görə heç bir zəngdən söhbət getmədiyini bildirib.
Səmra İbrahiminin bu sözləri Rza Zərrabın verdiyi ifadələrin yalan olduğunu üzə çıxarıb.