Arannews:nur-az.com-istinadən xəbər-Fələstinlə bağlı çəkilmiş bəzi filmlərdə görürsən hansısa jurnalist, xeyriyyə fondunun böyüyü, yaxud başqa tanınmış bir şəxs gedib Fələstində məzlumlara baş çəkir. Amma həqiqi həyatda da bunun nümunələrinə çox rast gəlmək olur. Bəzi insanlar, xalqlar, təşkilatlar, yardım fondları İsrail quldurlarından çəkinmədən Fələstin xalqını dəstəkləyir, məzlumlara bacardıqları qədər yardım etməyə çalışırlar. Fələstinlilərin başına gələnlər başqa xalqların da başına gəlib, günü sabah da gələ bilər.Bizim Qarabağ dərdimiz olduğu üçün biz fələstinliləri daha çox başa düşməliyik. Özümüzü Fələstin xalqının yerinə, erməni quldurlarını da israil quldurlarının yerinə qoysaq görərik ki, arada heç bir fərq yoxdur. Ən pisi isə odur ki, biz müsəlmanlar müsəlman olaraq bir-birnin halına yanmırıq. Məsələn, bizim Parlamentdə deputat xanımlardan biri (çox məşhurdur, adını çəkməyə lüzum yoxdur) Parlamentdəki işini-gücünü, seçiciləri atıb dünyanı gəzir. Özü də səyyah, dənizçi, turist ünvanında deyil, azərbaycanlı Millət vəkili ünvanında. Son olaraq Türkiyədə peyda olandan sonra, səs-sorağı İraqdan gəlib. Amma səhvə yol verdiyi məsələ bundan ibarətdir ki, gəzdiyi torpaqlar ancaq türkdilli xalqların yaşadıqları ərazilərdir. Düşmənin də müsəlmanın bu zəif nöqtəsindən istifadə etmək taktikası çox güclüdür. Halbuki bu millət vəkili türk dövlətlərini gəzərkən, internetdə xarici bir jurnalistin israilli quldur əsgərin silahı önündə dağ kimi dayanması videosu var. Qadın jurnalistdir, bəzi müsəlmanlardan daha çox yanır fələstinlilərin halına. Biz isə həmin millət vəkilini bir dəfə də olsun Fələstində görmədik.
ABŞ prezidenti Trampın sərsəm qərarlarından biri olan Qüdsün aqibəti qərarı dünyada etirazla qarşılandı. Demək olar ki, nə ABŞ-dan, nə də İsrialdən qorxmadan insanlar bu qərarı pisləməyə başladı. Pisləyənlər içində diqqət çəkən insanlardan biri də zənnimcə İlham Əliyevdir. İsraillilərin Azərbaycanla sıx əməkdaşlığının olması təkcə İsrail və Azərbaycanda deyil, demək olar ki, bütün dünyada məşhur məsələ olması məlumdur. Ümumiyyətlə israilli başçılar hər dəfə hansısa müsəlman ölkə liderlərinin bir araya gəldiyini mətbuatda oxuyanda sanki başlarına daş düşür. Həmin ölkələrdə fəsadla məşğul olmağa başlayır. Təəssüf ki, ABŞ əlaltısı olan, ingilis cəsusları tərəfindən təsis edilən vəhabiliyin mərkəzi olan Ali Səud və onun koalisiyasına üzv olan digər vəhabi dövlətləri zahirdə müsəlman olsalar da əslində müsəlmanın halına yanmırlar. Özləri digər ölkələrdə (məsələn Yəməndə) ikinci Fələstin həngaməsi yaratmağa çalışırlar. Geriyə İran, Suriya, Azərbaycan, Türkiyə, İraq kimi müsəlman ölkələri qalır ki, İsrailin də bu ölkələrin adlarının yan-yana çəkilməsinə, prezidentlərinin yan-yana fotolar çəkdirməsinə təhəmmülü yoxdur.Təbii ki, istər ABŞ-ın, istərsə də İsrailin, elə Avropa liderlərinin də müsəlmanların vəhdətindən qorxması barizdir. Xüsusən də bu vəhdətdə aparıcı qüvvə, işləyən baş, vuran əl İrandırsa bu düşmən üçün fəlakətdir. Çünki düşməni onun müqabilində beş-altı ərəb ölkəsinin koalisiyasından daha çox İran qorxudur.
Azərbaycan müsəlman dünyasının bir parçasıdır. Azərbaycan da Fələstinin yaşadığını yaşayır. Fələstin həll olsa Azərbaycana da növbə çatar. Yaxud Qarabağ problemi Azərbaycanın xeyrinə başa çatsa Fələstin məsələsi də İslam dünyasının gündəminə gələr. Çünki hansısa müsəlman dünyasında İslamın, müsəlmanın xeyrinə bir uğur əldə edilsə bu müsəlman vəhdətinin sayəsində baş verəcək. Vəhdət olan yerdə isə işğaldan azad olmayan heç bir müsəlman ərazisi qalmayacaq.
Neçə gündür saytlar Türkiyə prezidenti Ərdoğanın İlham Əliyevə zəng edib onu Türkiyədə keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı İstanbulda keçiriləcək fövqəladə zirvə toplantısına dəvət etməsindən yazır. Həmçinin məlumat verilib ki, dövlət başçıları Trampın Qüdsü İsrail paytaxtı kimi tanıması və ABŞ səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsi qərarını pisləyiblər. Əlbəttə bu cür xəbərlər, müsəlman ölkə başçılarının bu cür toplantılarda iştirakı İslam düşmənlərinin bağrını çatladır.
Müsəlman ölkələri bu cür olmayana qədər, bir-birinin halına yanmayana qədər bütün İslam dünyası əziyyət çəkəcək. Onsuz da uzun illər ABŞ-ın öz fantastik, həqiqəti əks etdirməyən filmləri kimi özünün də qorxulu mif olması, hamını udan div rolunu oynaması artıq gündəmdə deyil. İran İslam Respublikası bir dəfə və birdəfəlik bu "qorxulu div" filmini çoxdan dənizdə boğub. Artıq ABŞ dünya xalqlarının nəzərində heç də qorxulu div deyil. Demək olan istənilən dövlət, hətta kiçik dövlət rəhbərləri belə bu gün ABŞ və İsrailə çox rahat və asan bir şəkildə etiraz edir, onlardan qorxmadıqlarını biruzə verirlər.
Qarabağ məsələsinə gəldikdə isə Azərbaycan İranla daha çox sıx əlaqələr qurmalıdır. Artıq "fars-türk düşmənçiliyi" söhbətlərini bir kənara qoymaq lazımdır. (Zatən fars-türk düşmənçiliyi deyə bir şey yoxdur, sadəcə arada bəzi aravuranlar var) Müsəlman, İslam həmrəyliyinə can atmaq lazımdır. Şəxsən Milli Məclisdəki deputatların Qarabağ məsələsində kömək və şücaət göstərmək üçün Hacı Qasim Süleymaniyə məktub yazması məsələsinə baxılmalıdır. Əgər məqsədimiz quldur düşmənin başını əzməkdirsə, İŞİD-i İraq-Suriya torpaqlarında gömən Qasim Süleymanini dəvət etmək lazımdır. Çünki o, bütün dünyanın qəhrəman kimi qəbul etdiyi böyük hərbçi, mömin və cəsarətli əsgərdir.