Səudiyyə Ərəbistanın xarici işlər naziri Adil əl-Cubeyr Frans24-ə verdiyi müsahibədə sionost rejimi ilə əlaqələrin qurulması üçün ölkəsinin və koalisyasında olan digər dövlətərin yol xəritəsinə malik olduğunu deyib.
Arannews-Bu müsahibədən bir gün öncə sionist rejimin Kəşfiyyat naziri Səudiyyə Ərəbistanın vəliəhdi Məhəmməd bin-Salmanı İsrailə səfər etməyə dəvət etmişdi.Hazırda İsraillə əlaqələrin olmadığını deyən Səudiyyə Xİ naziri fələstinlilərlə sülhün əldə edilməsindən sonra İsraillə rabitənin baş tutması istiqamətində yol xəritəsinin olduğunu deyib.
Əl-Cubeyr bildirib ki ölkəsi Trampın Qüdslə bağlı qərarından təəssüf hissi keçirir. Lakin o əlavə edib ki Tramp Yaxın Şərqdə İsrail-Fələstinin sülh məsələsində ciddidir.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı başda olmaqla müsəlman ölkələrinin çoxu beynəlxalq ictimaiyyətin qəbul etdiyi “iki dövlətin təsisi” prinsipi əsasında Fələstin-İsrail arasında daimi sülhün bərpasını hədəfdə saxlayırlar. Səudiyyə bildirib ki bundan sonra İsraillə bütün müstəvilərdə əlaqələr qurulacaq.