Tarix : 2017 Dec 17
Kod 53768

“Bizim İsraillə əlaqələri qurmaq üçün yol xəritmiz var” – Səud qəbiləsinin Xİ naziri

Səudiyyə Ərəbistanın xarici işlər naziri Adil əl-Cubeyr Frans24-ə verdiyi müsahibədə sionost rejimi ilə əlaqələrin qurulması üçün ölkəsinin və koalisyasında olan digər dövlətərin yol xəritəsinə malik olduğunu deyib.
Arannews-Bu müsahibədən bir gün öncə sionist rejimin Kəşfiyyat naziri Səudiyyə Ərəbistanın vəliəhdi Məhəmməd bin-Salmanı İsrailə səfər etməyə dəvət etmişdi.
Hazırda İsraillə əlaqələrin olmadığını deyən Səudiyyə Xİ naziri fələstinlilərlə sülhün əldə edilməsindən sonra İsraillə rabitənin baş tutması istiqamətində yol xəritəsinin olduğunu deyib.
Əl-Cubeyr bildirib ki ölkəsi Trampın Qüdslə bağlı qərarından təəssüf hissi keçirir. Lakin o əlavə edib ki Tramp Yaxın Şərqdə İsrail-Fələstinin sülh məsələsində ciddidir.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı başda olmaqla müsəlman ölkələrinin çoxu beynəlxalq ictimaiyyətin qəbul etdiyi “iki dövlətin təsisi” prinsipi əsasında Fələstin-İsrail arasında daimi sülhün bərpasını hədəfdə saxlayırlar. Səudiyyə bildirib ki bundan sonra İsraillə bütün müstəvilərdə əlaqələr qurulacaq.

 

  • Yazılıb
  • da (də) 2017 Dec 17
  • Göndərən مدير سايت Aran News