Tarix : 2017 Dec 17
Kod 53769

Səudiyyə şahzadəsi PKK-ya dəstək verdi

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) yardım etdiyi PKK terror təşkilatına bir dəstək də Səudiyyə Ərəbistanından gəlib.
Arannews-Publika.az xəbər verir ki, vəlihəd şahzadə Məhəmməd ibn Salman ölkəsində PKK-nın bir qolu olan YPG haqqında mənfi xəbər verməyi qadağan edib.
Son dövrdə “Yumşaq İslam” layihəsi ilə radikal dəyişikliklərə imza atan Səudiyyə Ərəbistanı ABŞ-ın “gözünə girmək üçün” onun qəbul etdiyi hər qərara və dəstək verdiyi hər məsələyə müsbət mövqedən yanaşmağa başlayıb. Qeyd edək ki, Səudiyyə Ərəbistanı ABŞ-ın Qüdslə bağlı qərarına da dəstək vermişdi.

  • Yazılıb
  • da (də) 2017 Dec 17
  • Göndərən مدير سايت Aran News