Tarix : 2017 Dec 17
Kod 53772

“Nə qədər insanlıqdan uzaq olmalısan ki, günahsız insanı 16 il müddətinə həbsə göndərəsən”

Azərbaycan İslam Partiyasının baş qərargahında partiya rəhbərliyi və funksionerlərinin iştirakı ilə iclas keçirilib. İclasda ötən həftə ərzində ölkədə və dünyada baş verən ən mühüm hadisələr müzakirə edilib

Arannews-islaminsəsi istinadən xəbər-İlkin olaraq çıxış edən AİP-in sədr əvəzi Hacı İlham Əliyev bir gün bundan öncə Nardaran hadisələri zamanı həbs edilmiş inanclı kəsimin nümayəndələrinə dövlət ittihamçısı tərəfindən ağır cəzaların istənilməsini kəskin tənqid etdi və bildirdi ki, islami-cameəyə və onun nümayəndələrinə qarşı bu cür repressiv addımların atılması yolverilməzdir.

Hacı İlham Əliyev onu da qeyd etdi ki, hakimlərin və dövlət ittihamçılarının günahsız insanlara qarşı bu cür ağır cəzaları kağız üzərindən, sanki heç nə olmamış kimi oxuması olduqca dəhşətli bir mənzərədir:

“Çox rahat bir ifadə ilə günahsız insanlara uf belə demədən 13-16 il həbs cəzası vermək və gəncləri 16 il müddətinə həbsxanaya göndərmək nə deməkdir? Bir insanı günahsız yerə məhkmum edərkən düşünmək lazımdır ki, təkcə həmin insan uzun müddətli həbsdə əziyyət çəkmir. Axı bu insanların ailəsi, övladları və valideynləri də var. Əslində bu cür cəzalar bütün bir nəslin 16 il həyatını alt-üst etmək deməkdir. Bir insanı günahsız yerə 16 il bağlı qapılar arxasında saxlamaq üçün nə qədər insani hissiyyatlardan uzaq olmalısan. Hətta bəzi hədislərdə də qeyd olunur ki, cəhənnəmin ən şiddətli atəşi hakimlərə nəsib olacaqdır. Bir insanın 16 il ərzində 24 saat haqqına girəsən bu nə deməkdir?!...Anbaan 16 il alıb verdiyi nəfəslər qədər sən bu insana zülm edirsən. Bu zülmün altından çıxmaq olmaz.

 Baş verənlərin hamısı bir qayda-qanun və məntiqə sığmayan hərəkətlərdir.”

Çıxışının sonunda Hacı İlham Əliyev islamçılara qarşı bu cür repressiv mövqe tutanları addım atarkən ağıl və iman yoluna dəvət etdi:

 “Biz onları yenə dəvət edirik. Dəvət edirik ki, bu cür hökmləri verərkən ağılla və imanla hərəkət etsinlər. İmanları yoxdursa heç olmasa ağılla davam etsinlər. Sağlam düşüncə ilə bu qərarları versinlər. Özlərini məhkum etdiklərinin yerinə qoysalar, ən azından bu cür düşüncə ilə nə qədər günahsız insanlara qarşı yönəlik cinayətlərin qarşısını alarlar. “

 Sonra çıxış üçün söz AİP funksioneri Akif Heydərliyə verildi. Akif Heydərli çıxışı zamanı vurğuladı ki, ölkədəki məhkəmə istintaq sistemi olduqca ağır bir durumdadır:

 Azərbaycan Respublikasının Konstitutsiyasında təsbit olunduğu kimi Azərbaycan dövlətinin mənbəyi Azərbaycan xalqıdır. Bildiyimiz kimi dövləti süquta uğradan məsələlərdən biri günahsızların cəzalandırılması və cinayətkarların azadlıqda dolaşmasıdır. Təəsüflər olsun ki, buna Azərbaycanda rast gəlinir və adi bir prosses kimi qəbul edilir. Mən deyərdim ki, çox təhlükəli bir məqamdır. İstər dövətçilik, istərsə də hökumət baxımından bu əhəmiyyətli bir nüansdır. Düzdür bu yöndə bir çox qanunlar və qaydalar yaradılsa da bu qətiyyən belə alınmır. Xüsusilə dini camiəda inanclı insanların təhdid olunması və kütləvi şəkildə haqsız yerə həbsə atılması şübhəsiz ki, nəinki adi mühafizə orqanları, həm də dövlətin bütün rəhbər strukturlarının mənfi münasibətlərindən xəbər verir.”

 Akif Heydərli onu da əlavə etdi ki, müsəlmaların ilk qibləsi hesab olunan Qüdsün Tramp tərəfindən İsrail rejiminin nəinki İslama, həm də iudaizmə də düşmən kəsilmiş sionizmin paytaxtı kimi tanıması dünyanı təxribat məkanına çevirməkdən başqa bir məqsəd güdmür:

 ”Bu addımın nəinki ərəb ölkələrinə, həm də Azərbaycana təsiri böyükdür. Biz də istərdik ki, bu cür şəkildə müsəlmanlara qarşı aşağılayıcı bir siyasət yürüdən hökumətlə əlaqələr kəsilsin, silah alış-verişi dayansın. Bildiyimiz kimi İsrail silah verdiyi ölkəyə nəzarət etmək iddiasında olur və bu da təbii prossesdir. Azərbaycan hökuməti belə məsələlərdə diqqəti artırmalıdır. Bu cür ölkələrlə əlaqələrə yenidən baxılmalıdır. ABŞ kimi hökumətin Qüds barədə belə qərar verməsinin fonunda illərdir həll olmayan Qarabağ problemində həll yolu axtaran Minsk Qrupunun ən fəal üzv ABŞ-ın rolu bu problemi qaranlığa sürükləməkdir. ABŞ-ın bu cür siyasətlə nə vaxtsa Qarabağ haqda da Ermənistanın torpağı olması qərarını verə biləcəyi də təbiidir və gözləniləndir. Ona görə Azərbaycan hökuməti bunu nəzərə almalıdır. “

 Sonra çıxış edən AİP-in sədr müavini Emil Rahiloğlu, Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət ittihamçısı tərəfindən islamçı məhbuslara qarşı ağır cəzaların istənilməsinə etiraz etdi. 

Emil Rahiloğlu Qüds ətrafında baş verənlərlə bağlı cəmiyyətin lazımı formada reaksiya verməməsinin də arzuedilməz bir hal olduğunu, belə bir yanaşmanın heç də müsbət tendensiyaya yol açmadığını söylədi:

 “Dünənki məsələrə görə biz də öz narahatlığımızı bildiririk. Amma bizim narahatlığımız birbaşa dünənlə bağlı deyil və ya hansısa hadisəyə köklənmir. Bu narahatlıqlar illərdir dilə gətirilir, deyilir, Qüds günündə məqalələr yazılır. Amma təəssüflər olsun ki, nəinki ağlı kəsən, düşənnən 4-5 milyon xalq, hətta 24 saat sosial şəbəkədə olan insanlar da də laqeyddirlər. Bu laqeydlik nəinki Qüds məsələrində, həm də digər əhəmiyyətli məsələlərdə də qabarır. Əslində cəmiyyətin belə bir laqeydliyi özlərinin özlərinə qarşı laqeydliyidir. Bu gün məni axirətim düşündürmürsə, onda bu dünyada düşündürməyəcək. Bu gün məni övladımın gələcəyi düşündürmürsə, onda mənim üçün kimlərinsə mənin övladı üçün nə etməsi planlaması da maraqlı deyil. “

 İclas digər iştirakçıların çıxışları ilə davam etdi.


  • Yazılıb
  • da (də) 2017 Dec 17
  • Göndərən مدير سايت Aran News